Rəhman və Rəhim olan Allahın adı ilə


«62. Onlar öz aralarında öz işləri barədə mübahisə edir»



Yüklə 3,81 Mb.
səhifə338/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   334   335   336   337   338   339   340   341   ...   532
«62. Onlar öz aralarında öz işləri barədə mübahisə edir» Deyilənə görə onlar öz aralarında fikir ayrılığına düşdülər. Bəziləri deyirdi ki, bu sehrbaz sözü deyil, peyğəmbər kəlamıdır. Bəziləri isə deyirdilər ki, o sehrbazdır. Daha doğru mənanı Allah bilir. Onlar pıçıldaya-pıçıldaya bu və digər söhbətlər edirdilər. «63. Onlar dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər.» Həqiqətən bu və onun qardaşı Harun çoxbilmiş, mahir, əməlbaz sehrbazlardır. Onlar bu əməlləri ilə insanları ələ almaq və hakimiyyəti devirmək istəyirlər. Onlar sizi başqalarından yayındırır, bu əməlləri ilə sizi ələ almaq istəyirlər. «64. Ona görə də bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır!”» Onların bu sözləri sehrbazların tədbirlərini gücləndirib və sözlərini bir edib bütün hiylələrini, böhtanlarını və sehrlərini ortaya qoymaları üçün deyilmişdi.

Ay-hay, Allaha and olsun ki, zənnlər yalan, fikirlər səhv idi. Böhtan, sehr və yalan iş, hakim Allahın qoyduğu və Musa kəlimullahın icra etdiyi möcüzəyə necə qalib gələ bilər?! Axı bu möcüzə gözləri dəhşətə salar, ağılları və düşüncələri heyran edən bir möcüzədir. Əlinizdə olan «bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin.» Səf-səf, yəni bir həmlə ilə gəlin. Amma onlar bir-birlərini itələyib sehrini birinci göstərməyə cəhd edirdilər. Çünki Firon qalib gələnə mükafat vəd etmişdi. Şeytan isə onlara yalnız yalan vəd verər.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin