Rəhman və Rəhim olan Allahın adı ilə


Onlar dedilər: “Ey Musa! Ya sən tulla, ya da biz birinci tullayaq!



Yüklə 3,81 Mb.
səhifə339/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   335   336   337   338   339   340   341   342   ...   532
65. Onlar dedilər: “Ey Musa! Ya sən tulla, ya da biz birinci tullayaq!

66. O (Musa) dedi: “Xeyr, siz tullayın!” Onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür.

67. Musanın canına qorxu düşdü.

68. Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən!

69. Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”» (Taha: 65-69).

Sehrbazlar bir cərgədə dayanmış, Musa və Harun da qarşı tərəfdə durmuşdular. Onlar Musaya dedilər: "Ya əvvəlcə sən at, ya da biz ataq". Musa isə: «“Xeyr, siz tullayın!”» – dedi.

Sehrbazlar sehrlərini ip və əsa ilə edirdilər. Onlar alətləri civəyə və digər təsiredici maddələrə batırırdılar. Maddəyə batmış ip və əsa onun təsirindən tərpənir və kənardakılara elə görünür ki, sanki ip və əsa ilan olub müstəqil şəkildə yerdə sürünür. Amma əslində səbəb həmin maddələr idi. Beləliklə onlar insanların gözlərini sehrləyib qorxudur, əllərindəki alətləri tullayır və deyirdilər: «“Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!”» (əş-Şuəra: 44).

Uca Allah buyurur: «116. (Musa:) “Siz atın” – dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.» (əl-Əraf: 116). Digər ayədə isə belə deyilir: «”Onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür. 67. Musanın canına qorxu düşdü...» Musa qorxdu ki, o əlindəki əsanı atana qədər artıq insanlar onların sehrinə və məharətinə aldanarlar. Musa əsasını yalnız Allahın əmri ilə atmalı olduğu üçün əmri gözləyirdi.

Vəziyyət son nöqtəyə çatanda Uca Allah ona vəhy etdi və dedi: «“Qorxma, üstün gələcək mütləq sənsən! 69. Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”» Elə bu zaman Musa əsasını yerə tulladı və dedi: «81. Onlar atdıqda Musa dedi: “Sizin etdiyiniz hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! 82. Günahkarlar istəməsələr də, Allah kəlimələri ilə haqqı gerçəkləşdirəcək!”» (Yunus: 81-82).

Uca Allah buyurur: «117. Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. 118. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. 119. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. 120. Onlar səcdəyə qapanıb, 121. Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə – 122. Musanın və Harunun Rəbbinə!”» (əl-Əraf: 117-122).

Musa əsasını yerə tullayan kimi əsa əzəmətli bir ilana çevrildi. İlanın ayaqları, uzun boğazı və dəhşətli siması var idi. İnsanlar onu görən kimi kənara çəkildilər və qaçdılar. İlan sehrbazların atdıqları ip və əsalara tərəf getdi və onları ani bir vaxtda bir-bir udmağa başladı. İnsanlar təəcüblə tamaşa edirdilər. Sehrbazlar isə onları dəhşətə salan və heyrətləndirən bir hadisənin qarşısında idilər. Onlar heç vaxt güman etmədikləri bir hal ilə qarşılaşmış­dı­lar. Bu heç onların məşğul olduqları sehrdən də deyildi. Bunu dərk etdikdən sonra onlar bildilər ki, bu heç də sehr və ya ovsun deyil. Bu nə xəyal, nə yalan, nə böhtan, nə də azğınlıq deyildi. Bu yalnız haqqın edə biləcəyi bir həqiqət idi. Bu haqq ilə göndərilən elçiyə verilmiş həqiqətdir. Beləliklə Uca Allah onların qəlbindəki qəflət örtüyünü açdı, qəlblərini həqiqət nuru ilə işıqlandırdı və daşürəkliliklərini yox etdi. Onlar Rəbblərinə tövbə etdilər və ona səcdə etdilər. Onlar qorxmadan, çəkinmədən orada olanlara açıq şəkildə dedilər:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin