129. (Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”» (əl-Əraf: 127-129).
Uca Allah, Fironun əyan-əşrəfi, əmirləri haqqında xəbər verir ki, onlar gördüklərinə iman gətirmək əvəzinə, padşahları Fironu Allahın peyğəmbəri Musaya əziyyət verməyə, ona küfr, inkar və pisliklə cavab verməyə təhrik edir, deyirdilər: «“Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin ilahlarını atıb getmək üçünmü buraxacaqsan?”» Onlar demək istəyirdilər ki, onun heç bir şəriki olmayan Allaha dəvət etməsi, Ondan başqasına ibadəti qadağan etməsi qibtilərin inancına nisbətdə fitnə-fəsad hesab olunur. (Qurani-Kərimin müxtəlif ləhcələrdə oxunuşunu nəzərə alsaq (tərc.)) bəzi qiraətlərə görə yuxarıda deyilən ayə belə oxunur: «həm səni, həm də sənin ilahlığını...». Yəni onlara sənə ibadət etməməyə icazə verəcəksən? Beləliklə yuxarıda deyilən ayədə iki məna ehtimal olunur:
Birinci: Onlar sənin dinini tərk edəcəklər. Qeyd etdiyimiz birinci oxunuş (əsas tərcümə mətni) bu mənadadır.
İkinci: Onlar sənə ibadət etməyi tərk edəcəklər. Qeyd etmək lazımdır ki, Firon da özünün ilah olduğunu iddia edirdi. – Allah ona lənət etsin! –
Dostları ilə paylaş: |