Rəhman və Rəhim olan Allahın adı ilə


«“Biz onların oğullarını öldürəcək, qadınlarını isə diri saxlayacağıq.»



Yüklə 3,81 Mb.
səhifə345/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   341   342   343   344   345   346   347   348   ...   532
«“Biz onların oğullarını öldürəcək, qadınlarını isə diri saxlayacağıq.» ki, nəsilləri artmasın. «Biz onlara, mütləq, qələbə çalacağıq!”»

«128. Musa öz tayfasına dedi: “Allahdan kömək diləyin və səbr edin.» Yəni onlar sizə əziyyət vermək qərarına gəldikləri bir anda siz də öz Rəbbinizə bel bağlayın, başınıza gələcək müsibətlərə qarşı səbirli olun. «Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!”» Yəni həmin müttəqilər siz olun ki, xoş aqibət də sizin olsun. Necə ki, Uca Allah başqa bir ayədə belə buyurur: «84. Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” 85. Onlar dedilər: “Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalım tayfanın əlində sınağa çəkmə! 86. Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”» (Yunus: 84-86).

Onların bu sözünə gəlincə: «“Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!”». Sən gəlməmişdən öncə də oğullarımız öldürülürdü, sən gələndən sonra da öldürülür. «(Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”» (əl-Əraf: 129).

Uca Allah Ğafir (əl-Mumin) surəsində (23-24) buyurur: «23. Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. 24. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” – dedilər.» Firon padşah, Haman vəzir idi. Qarun isə Fironun və qövmünün dininə sitayiş edən, lakin əsl-nəcabəti Musanın qövmü İsrail oğullarından idi. O çoxlu var-dövlət sahibi idi. İnşallah qarşıda onun haqqında da danışılacaq.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin