«25. (Musa) onların yanına dərgahımızdan haqq ilə gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın!” – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.» (əl-Mumin: 25). Musanınpeyğəmbər kimi gəlişindən sonra İsrail oğullarının qətlə yetirilməsi, təhqir, alçatma və İsrail oğullarının sayını azaltma məqsədi daşıyırdı. Bu işdə məqsəd onların güc-qüvvət toplayıb qibtilərə qarşı üsyan etmələrinin qarşısını almaq idi. Qibtilər onlardan çox ehtiyat edirdilər. Amma bu onlara nə bir xeyir gətirdi, nə də bir şeyə ol deyərkən dərhal var olanın yazdığı qədərin qarşısını ala bildilər.