Birinci: Doğrusu, mən onu məndən başqa "dünyanın Rəbbi olduğu" fikrində yalançı sayıram!
İkinci: Doğrusu, mən onu Allah tərəfindən göndərildiyini iddia etdiyi üçün yalançı sayıram!
Birinci məna Fironun zahiri halına daha uyğun gəlir. Çünki o, Yaradanın isbatını inkar edirdi. İkinci məna isə cümlə quruluşuna daha yaxındır. Çünki Firon iddiasında «Musanın Allahını görüm.» – ifadəsini işlətmişdir. Yəni gedim Onu görüm və soruşum ki, Musanı Sən göndərmisən ya yox! «Doğrusu, mən onu» belə bir iddiasına görə «yalançı sayıram!».
Fironun məqsədi insanları Musaya inanmaqdan yayındırmaq və onu yalançı saymağa təhrik etmək idi. Uca Allah buyurur: «Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı.»
Dostları ilə paylaş: |