«Fironun hiyləsi ancaq boşa çıxdı.» İbn Abbas və Mucahid deyirlər295: "Onun hiyləsi boşa çıxdı, nəzərində tutduğu məqsədinə nail ola bilmədi. Çünki səmanın dünyaya aid olan təbəqələrinə yetişmək bəşər övladının iqtidarında olmayan bir işdir. O ki, qaldı yüksək səmalara, onların üzərindəki yalnız Allahın bildiyi yüksəkliklərə ulaşsın".
Bir çox təfsir alimləri deyirlər ki, vəziri Hamanın inşa etdirdiyi həmin binadan Uca bina yox idi. Bina bişmiş kərpicdən inşa edilmişdi. Ayədə bu mənaya işarə olunur və deyilir: «Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir...» (əl-Qasas: 38).
Dostları ilə paylaş: |