«45. Beləliklə, Allah onu (o mömin şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu.» O, bu etirazı ilə qövmünün Allaha qarşı küfrünə və Allahın yoluna maneçilik törətmək üçün avam insanların başını aldadaraq qurduqları hiyləyə görə qarşılaşdıqları acı aqibətdən xilas oldu. «Firon əhlini isə şiddətli əzab sardı. 46. Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam odda yandırılarlar.» Bərzəx dünyasında ruhları səhər-axşam atəşdə yanar. «Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”» Allaha şükürlər olsun ki, biz təfsir kitabımızda bu ayənin qəbir əzabına dəlalət etməsi haqqında danışmışıq.