132. (Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə göstərsən də, yenə sənə iman gətirən deyilik!”
133. Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular. (əl-Əraf: 130-133).
Uca Allah bildirir ki, O Fironun ailəsini, yəni qövmü qibtiləri aclığa düçar etmişdir. Aclıq, bitkilərin bitmədiyi, heyvanların süd vermədiyi vaxtdır. Uca Allah buyurur: «məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!» Amma onlar bundan heç bir nəticə çıxartmadılar, pis əməllərindən əl çəkmədilər. Əksinə, küfr etməkdə və inadkarlıq göstərməkdə davam etdilər. «131. Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər,» biz buna layiqik. «bir pislik üz verdikdə isə bunu Musadan və yanındakılardan görərdilər.» Onların bədbinliyi üzündən başımıza bu işlər gəlir. Heç bolluq olanda "bu onların bərəkətidir" – deməzlər. Çünki onların qəlbləri haqqdan üz çevirmiş, təkəbbürlüdür. Pis iş olanda Musadan , yaxşı iş olanda özlərindən görürlər. Uca Allah buyurur: «Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır,» buna görə Allah onların layiqli cəzasını verir. «lakin onların əksəriyyəti (bunu) bilməz!»
Dostları ilə paylaş: |