Rəhman və Rəhim olan Allahın adı ilə


Elə ki, əzabı bir müddətə onlar­dan götürdük, dərhal



Yüklə 3,81 Mb.
səhifə360/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   356   357   358   359   360   361   362   363   ...   532
135. Elə ki, əzabı bir müddətə onlar­dan götürdük, dərhal (əhdi) pozdular.

136. Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları üçün (Fir­on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq. (əl-Əraf: 134-136).

Uca Allah onların küfründən, inadkarlığından, cəhalət və azğınlıq yolunda davam etdiklərindən xəbər verir. Onların təkəbbürlük nümayiş etdirərək Allahın möcüzələrinə inanmadıqlarını və peyğəmbərini təsdiqləmədiklərini bildirir. Baxmayaraq ki, Uca Allah Musaya açıq-aşkar möcüzələr və qəti dəlillər vermiş, bütün bunları sübut olaraq əyani şəkildə onlara göstərmişdi. Onlar başlarına gələn müsibət anında sıxıntıya düşür və and içib, əhdi peyman edib deyirdilər: Əgər sən bu müsibəti bizdən uzaqlaşdırsan onda biz sənə iman gətirər, qövmünün adamlarını da səninlə azad buraxarıq. Müsibət çəkilən kimi əvvəlkindən daha şər əməllər edir, haqqdan üz döndərir, Musaya əhəmiyyət vermirdilər. Sonra Uca Allah əvvəlkindən daha amansız və daha güclü başqa bir müsibət göndərirdi. Onlar isə yenə vəd verir, sonra xilaf çıxırdılar. «Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik.» (əl-Əraf: 134). Uca Allah göndərdiyi şiddətli əzabı götürür, amma onlar yenidən qatı cahilliklərinə dönürdülər.

Onların bu hərəkətlərinə baxmayaraq Mərhəmətli və Güclü Allah onlara möhlət verir, həlak etməyə tələsmirdi. Özünün qəti dəlil-sübutlarını onlara çatdırdıqdan və üzrxahlıq üçün heç bir bəhanə yeri qalmadıqdan sonra onları məhv etdi. Onları oxşar kafirlər üçün bir misal, iman gətirib nəsihət dinləyən möminlər üçün bir ibrət dərsi etdi.

Ən dogru danışan Uca Allah "Hə, Mim. Vəl kitabu-l-Mubin" surəsində deyir:




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin