36. Musa açıq-aşkar ayələrimizlə (Firon əhlinin) yanına gəldikdə onlar: “Bu uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!” – dedilər.
37. Musa dedi: “Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar!
38. Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın ilahına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!"