Rəhman və Rəhim olan Allahın adı ilə


FİRON VƏ QOŞUNUNUN HƏLAKI



Yüklə 3,81 Mb.
səhifə367/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   363   364   365   366   367   368   369   370   ...   532
FİRON VƏ QOŞUNUNUN HƏLAKI
Misirli qibtilər padşahları Firona itaət, Allahın peyğəmbəri İmranın oğlu Musaya müxalif olmaq məqsədi ilə küfr və inadkarlıq nümayiş etdirməkdə davam edirdilər. Uca Allah Misir əhalisinə əzəmətli dəlil-sübutlar, baxanları və düşünənləri heyran edən möcüzələr göstərdi. Buna baxmayaraq onlar əməllərindən əl çəkmir, haqqa qayıtmırdılar. Onların çox az qismi, üç nəfəri iman gətirdi. Onlar Fironun arvadı, yuxarıda haqqında danışılan Firon ailəsindən olan mömin kişi və şəhərin kənarından gəlib Musaya tövsiyə edən kişi idi. Uca Allah buyurur: «20. Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: “Ey Musa! Əyan-əşrəf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”» (əl-Qasas: 20). İbn Əbu Hatimin rəvayət etdiyinə görə301 bunu (Firon ailəsinin möminlərinin kimlər olmasını) İbn Abbas  demişdir.

Burada üç nəfər dedikdə, sehrbazlardan savayı üç nəfər nəzərdə tutulur. Sehrbazlar da qibtilərdən idilər. Bəziləri deyirlər ki, ümumiyyətlə Musaya çox qibtilər, sehrbazlar və Bənu İsrail xalqının hamısı iman gətirmişdilər.

Uca Allahın bu ayəsi deyilənlərə dəlalət edir: «83. Fironun və əyanlarının bəlası qorxusundan Musaya qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı.» (Yunus: 83). Ayədəki «qövmündən» sözündə işlədilən şəxs əvəzliyinin kimə aid olması barədə iki fikir vardır. Birinci fikirə görə bu Firona aiddir. Çünki məzmundan bu anlaşılır. İkinci fikirə görə bu Musaya aiddir. Çünki onun adı əvəzliyə daha yaxında işlədilmişdir. Amma birinci fikir daha tutarlıdır. Biz bu məsələni "Təfsir"302 kitabımızda isbat etmişik.

Onlar Fironun zülmündən qorxub gizli şəkildə iman gətirmişdilər.

Uca Allah Firon haqqında xəbər verir və buyurur: «Çünki Firon o yerdə hakim idi.» zalım, qəddar və haqsız idi. «O, həddi aşmışdı.» Bütün işlərində həddini aşmışdı. O kökü kəsilməli mikrob, məhv edilməli çirkin adam idi.

Musa isə bunun cavabında dedi: «84. Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” 85. Onlar dedilər: “Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə! 86. Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”» (Yunus: 84-86). Musa öz qövmünə Allaha bel bağlamağı, ümid etməyi və Ondan kömək diləməyi tövsiyə etdi. Onlar deyilən tövsiyəyə əməl etdilər və Uca Allah da onları sıxıntıdan azad etdi.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin