«və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!» Bu Allah rizasına, dinə və açıq-aşkar haqqa görə qəzəblənənin duasıdır. Uca Allah onun duasını qəbul etdi və gerçəkləşdirdi. Bir zamanlar Nuhun qövmünə qarşı etdiyi duasını da qəbul etmişdi. «26. Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! 27. Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir nəsil doğub-törədəcəklər.»(Nuh: 26-27). MusaFirona və onun qövmünə qarşı dua etdikdə qardaşı Harunda "Amin!" deyirdi. O da ayrı dua etmiş hesab olunurdu deyə ayədə ikiliyə müraciət olunur və deyilir: «Hər ikinizin duası qəbul olundu. Siz (öz çağırışınızda) sabitqədəm olun və cahillərin yoluna uymayın!»
Kitab əhlindən304 və qeyrilərindən olan təfsirçilər belə deyirlər: İsrail oğulları bayramlarını qeyd etmək üçün Firondan şəhərin kənarına çıxmağa icazə istədilər. Firon özü də istəmədən onlara icazə verdi. İsrail oğulları isə şəhərdən çıxmağa tam hazırlaşmışdılar. Eyni zamanda onlar hiylə qurub Fironun və qoşununun zülmündən xilas olmaq istəyirdilər. Kitab əhlinin məlumatlarına görə Allah təala onlara (Qibtilərdən) icarə götürməyi əmr etdi. Onlar qarşı tərəfdən çox şey (qır-qızıl, dəyərli əşyalar) icarəyə götürdülər. Gecə yola düşdülər və birbaşa Şama tərəf yönəldilər. Firon onların şəhəri tərk etdiklərini eşidəndə çox qəzəbləndi və onların ardınca gedib qisas almaq üçün qoşunun hazırlanmasını əmr etdi.