Rəhman və Rəhim olan Allahın adı ilə


ADƏMƏ  VƏ ZÖVCƏSİNƏ QADAĞAN EDİLMİŞ AĞAC



Yüklə 3,81 Mb.
səhifə37/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   33   34   35   36   37   38   39   40   ...   532
ADƏMƏ  VƏ ZÖVCƏSİNƏ QADAĞAN EDİLMİŞ AĞAC
Təfsir alimləri Uca Allahın "yalnız bu ağaca yaxın gəlməyin!" (əl-Bəqərə: 35) – ayəsində deyilən ağacın hansı ağac olması barədə ixtilaf ediblər.

Amma bu ixtilafın həlli asandır. Belə ki, Uca Allah bu ağacın adını çəkməmiş, hansı növdən olmasını bildirməmişdir. Əgər bunu deməyin bizə bir xeyiri olsaydı deyilərdi. Quranda bizə açıqlanmayan bu kimi bir çox məqamlar da vardır22.



ADƏMİN  VƏ ZÖVCƏSİNİN YAŞADIĞI CƏNNƏTİN HƏQİQƏTİ
Bu məsələdə ixtilafın məzmunu Adəmin daxil edildiyi Cənnətin yerdə və ya göydə olmasıdır. Bu araşdırılası və çıxış yolu tapılası ixtilafdır.

Cumhur alimlər ayə və hədislərin zahiri anlamına görə bu Cənnətin səmadakı əbədi Cənnət olduğunu deyirlər. Uca Allah buyurur: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal!" (əl-Bəqərə: 35). Cənnət kəlməsindəki (əl-الـ ) artiklı ümumi və ya ləfzi məna daşımaq üçün işlədilməmişdir. Bu yaddaş­lar­da qalmış vəd olunan Cənnəti bildirmək üçün deyilmişdir. Şəriətin vəd etdiyi Cənnət də elə budur.

Musanın Adəmə "Nə üçün bizi də, özünü də Cənnətdən çıxartdın...?"23 deməsi haqda irəlidə danışılacaqdır.

Muslim "Səhih" əsərində Əbu Hureyrə və Huzeyfədən y Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah insanları toplayacaq və möminlərə Cənnət göstəriləndə onlar Adəmin yanına gəlib deyəcəklər: "Ey atamız! Cənnətin qapılarının üzümüzə açılmasını tələb et". Adəm isə deyəcəkdir: "Məgər sizi Cənnətdən çıxaran atanızın səhvi olmayıbmı?..." Sonra hədisin geniş mətni nəql olunur.

Hədis, Cənnətin əbədi olması fikrini dəstəkləyən24 güclü və yaxşı dəlildir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin