Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə370/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   366   367   368   369   370   371   372   373   ...   532
52. (Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, təqib ediləcəksiniz!”

53. Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.

54. (O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar kiçik bir tayfadır!

55. Onlar bizi qəzəbləndirmişlər.

56. Biz isə qüvvətli bir camaatıq!”

57. Nəhayət, Biz onları bağlardan və bulaqlardan çıxartdıq.

58. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl yerdən kənar etdik.

59. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını həmin yerlərə varis etdik.

60. (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.

61. İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq!”

62. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”

63. Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu.

64. O biriləri (Firon əhlini) də oraya yaxınlaşdırdıq.

65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin