Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə374/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   370   371   372   373   374   375   376   377   ...   532
141. (Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtar­dıq. Onlar sizə şiddətli əzab verir, oğul­larınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəb­bi­niz tərəfindən böyük bir sınaq idi. (əl-Əraf: 136-141).

Uca Allah Fironun və qoşununun suya qərq olmasını, onların mal-mülkünün və şan-şöhrətinin necə məhv olmasını xatırladır. Həmçinin onların mal-mülkünü İsrail oğullarına miras edir. Uca Allah buyurur: «59. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını həmin yerlərə varis etdik.» (əş-Şuəra: 59). «5. Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.» (əl-Qasas: 5). Fəsilin əvvəlindəki ayədə (əl-Əraf: 137) isə belə deyilir: «137. Zəif görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq tərəflərinə (Şam diyarına) varis etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları və ucaltdıqlarını isə viran qoyduq.» Uca Allah onların deyilən bütün mülkünü məhv etdi, onların dünyadakı şərəf-izzətini əllərindən aldı, padşahlığını, əlaltılarını və əyan-əşrəfini məhv etdi. Misir torpaqlarında sıravi insanlardan və çobanlardan başqa heç kəs qalmadı.

İbn Əbdül Həkəm "Misirin Tarixi" adlı kitabında deyir: "Elə o vaxtdan bəri Misir qadınları kişilərə ağalıq etməyə başladılar. Belə ki, vəzifəli və şan-şöhrətli adamların qadınları sıravi misirli kişilərlə evlənmiş, nəticədə də qadınlar kişilərə ağalıq etməyə başlamışdı. Misir qadınlarının bu ağalığı günümüzə qədər davam etməkdədir (İbn Kəsir öz dövründən danışır. Tərc.).

Uca Allah başqa kitablara rəhbərlik edən əziz kitabında buyurur: «138. Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız! 139. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”» (əl-Əraf: 138-139).

Musanın qövmü şahidi olduqları ilahi möcüzələrə, peyğəmbərlərinin sadiqliyini təsdiqləyən açıq-aşkar sübutlara rəğmən, cahillik edib bu sözü işlətdilər. Belə anlaşılır ki, onlar bütlərə ibadət edən bir tayfa ilə rastlaşdılar. Deyilənə görə bütləri inək surətində idi. Musanın qövmü onlardan: "Bunlara nə üçün ibadət edirsiniz?" – deyə soruşdu. Onlar cavabında: "Bunlar bizə xeyir və ya zərər toxundurur, çətinliyimiz olanda ruzi verir" – dedilər. Bəzi cahil insanlar onların dediklərinə inandılar və peyğəmbərləri Musa Kəlimullahdan onların bütlərinə oxşar bir büt düzəltməsini xahiş etdilər. Musa isə onların ağılsız və azğın olduqlarını dilə gətirib dedi: «139. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!» Sonra Musa Allahın onlara bəxş etdiyi nemətlərini – onları yaşadıqları dövrdəki insanlardan elmlə, şəriətlə, aralarındakı peyğəmbər, göstərilən mərhəmət və bəxş edilən nemətlərlə üstün etməsini, zalım və qəddar Fironun əzabından xilas etdiyini, gözləri önündə onu dəryada qərq etdiyini, Firon və əyan-əşrəfinin yığdıqları mal-dövlətə və yüksək imarətlərə varis etdiyini – xatırlatdı. Həmçinin bildirdi ki, ibadət yalnız heç bir şəriki olmayan Allaha layiqdir. Çünki yaradan, ruzi verən və güc-qüvvətə sahib olan odur.

İsrail oğullarının hamısı Musadan belə bir şey tələb etmədi. Ayədə deyilən şəxs əvəzliyi bu sözü deyənlərin İsrail oğullarından olan bir qismi bildirir. Uca Allah buyurur: «138. Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!”» Yəni, bəziləri belə dedi. Digər ayədə deyilir: «bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq. 48. Onlar Rəbbinin hüzuruna cərgə-cərgə gətiriləcəklər. (Onlara belə deyiləcək:) “Siz Bizim yanımıza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi yerinə yetirməyəcəyik!”» (əl-Kəhf: 47-48). Bunu iddia edənlər bəzi adamlar idi, hamısı deyildi.

Əbu Vaqid əl-Leysi  deyir ki, biz Peyğəmbərlə  birlikdə Huneynə tərəf gedirdik. Yolda bir ağacın yanından keçərkən Peyğəmbərə  dedik: "Ey Allahın elçisi! Bizim üçün də kafirlərin "Zətu-Ənvatı" kimi bir zətu-ənvat düzəlt". Kafirlər silahlarını (daha kəsərli etmək niyyəti ilə) həmin ağacdan asırdılar. Peyğəmbər  dedi: "Allahu Əkbər! Sizin bu sözünüz İsral oğullarının Musaya dedikləri bu sözə oxşayır: «Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!». Siz özünüzdən əvvəlkilərin adəti ilə gedirsiniz!"307.

İSRAİL OĞULLARININ NƏHƏNGLƏRƏ QARŞI DÖYÜŞMƏKDƏN BOYUN QAÇIRMASI


Musa Misir torpaqlarından çıxıb Beytülmüqəddəs torpaqlarına gəldikdə orada Hissiylər, Fizarilər, Kənanilər və başqa qəbilələrə mənsub nəhəng adamlarla qarşılaşdı. Musa öz qövmünə şəhərə girməyi, onlara qarşı döyüşməyi və Beytülmüqəddəsdən çıxartmağı əmr etdi. Bu Allahın əmri idi. Çünki o bu vədi Xəlilullah İbrahimin və Kəlimullah Musanın dili ilə vəd etmişdi. Amma Musanın qövmü əmrdən imtina etdi və cihad etməkdən boyun qaçırdılar. Uca Allah da onların ürəklərinə qorxu salıb onları səhrada azdırdı. Onlar qırx il müddətində eyni istiqamətlərə gedir-gəlir, orada-burada məskən salırdılar. Uca Allah buyurur:

20. Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım! Allahın sizə olan nemətini xatırlayın! Sizdən pey­ğəm­bərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən heç birinə vermə­di­yini sizə verdi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin