21. Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz".
22. Onlar dedilər: “Ey Musa, orada nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.
23. (Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə qapıdan girin. Əgər girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
24. (İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.
25. (Musa) dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma hökmüm çatar. Sən bizi bu günahkar və azğın camaatdan ayır!”
26. (Allah Musaya) buyurdu: “Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar camaatın halına acıma!” (əl-Maidə: 20-26).
Allahın peyğəmbəri Allahın onlara bəxş etdiyi din və dünya nemətlərini və yaxşılıqlarını xatırladır, Allah yolunda cihad edib düşmənləri əzməyi əmr edir və deyirdi: «21. Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun,» Düşmənə qarşı döyüşməkdən boyun qaçırıb «geri dönməyin, yoxsa» udduqdan sonra uduzar, kamillikdən sonra naqisliyə düçar olar və «zərər çəkmiş halda geri dönərsiniz.»
Dostları ilə paylaş: |