«24. (İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz oraya girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» Onlar toplum olaraq döyüşməkdən imtina etdilər. Bu acınacaqlı və sarsıdıcı bir hadisə idi. Tariq ibn Şihab deyir ki, Bədr döyüşü günü Miqdad Peyğəmbərə dedi: "Ey Allahın rəsulu! Biz sənə, İsrail oğullarının Musaya dediyi kimi «Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» – demirik. Biz deyirik ki, sən və Rəbbin onlarla vuruşun, biz də sizinlə bərabər vuruşacağıq".
Rəvayət digər yollarla da nəql olunmuşdur. Tariq ibn Şihab deyir ki, Abdullah ibn Məsud belə deyirdi: "Mən Miqdadın qəhrəmanlığının şahidi olmuşam. Mənim üçün onun dostu olmaq, onun mislində dünya nemətindən daha sevimlidir. Bir gün o müşriklərə qarşı dua edə-edə Peyğəmbərin yanına gəldi və dedi: "Ey Allahın rəsulu! Biz sənə, İsrail oğullarının Musaya dediyi kimi «Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» – demərik. Biz sənin sağında, solunda, önündə və arxanda döyüşəcəyik. Bu sözlərdən sonra Peyğəmbərin üzünün sevincini, fərəhini gördüm"."311
Ənəs deyir ki, Peyğəmbər Bədr döyüşünə gedərkən müsəlmanlarla məşvərət etdi. Ömər döyüşə hazır olduqlarını bildirdi. Sonra Peyğəmbər məşvərət üçün ikinci dəfə müraciət etdi. Ənsarlardan bir nəfər dedi: "Ey Ənsarlar! Allahın elçisi sizi nəzərdə tutur". Onlar dedilər: "Elə isə biz İsrail oğullarının Musaya dediyi kimi deyən deyilik. «Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» Səni haqq ilə göndərənə and olsun! Əgər sən bizi Birkul Ğimada312 aparsan yenə də sənin ardınca gedəcəyik"313.
İSRAIL OĞULLARININ SƏHRADA AZMASI
Dostları ilə paylaş: |