Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə379/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   375   376   377   378   379   380   381   382   ...   532
81. Sizə verdiyimiz ruzilərin təmizin­dən yeyin, lakin bunda həddi aşma­yın, yoxsa qəzəbimə düçar olarsınız. Qə­zəbimə düçar olan isə mütləq uçu­ru­ma düşüb bədbəxt olar.

82. Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni, yaxşı işlər görüb, son­ra da doğru yolu tutanı çox bağış­la­ya­nam! (Taha: 80-82).

Uca Allah İsrail oğullarına bəxş etdiyi əvəzsiz nemətlərini və yaxşılıqlarını xatırladır. Belə ki, onları düşmənlərindən xilas etmiş, sıxıntılı və imkansız vaxtlarında onlara çıxış vermiş, peyğəmbərləri ilə birlikdə Tur dağının sağ tərəfinə gəlməyi və orada Musaya dünya və axirətlərini islah edəcək əzəmətli əhkamları nazil etməyi vədə vermişdi. Bitki bitməyən, canlı yaşamayan çöllükdə azıb qaldıqları zaman sıxıntılı və çətin günlərdə onlara səmadan manna endirir, səhər açılanda evlərinin ortasında olurdu. Ondan həmin gün və ertəsi gün üçün ehtiyacları olan miqdarda götürürdülər. Normadan artıq götürdükdə xarab olur, az götürdükdə kifayət edir, normasında götürdükdə qabaqdan qalmırdı. Onlar bundan çörəyə oxşar qida hazırlayırdılar. Qida düm ağ, şip-şirin olurdu. Günün sonunda isə bildirçin quşları ətrafa dolar, heç bir çətinlik çəkmədən lazım olan qədər quş tutub şam yeməyi hazırlayardılar. Yay fəsli gəldikdə isə Uca Allah başlarının üstünü buludla kölgələndirərdi.



Uca Allah bu barədə buyurur: «40. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun! 41. Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun! 42. Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin! 43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! 44. Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz? 45. Səbr etmək və namaz qılmaqla kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir. 46. Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər. 47. Ey İsrail övladları! Sizə bəxş etdiyim nemətimi və sizi bütün aləmlərdən üstün tutduğumu yadınıza salın! 48. Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin! 49. (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi. 50. Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik. 51. (Bir daha) xatirənizə gətirin ki, Biz Musaya qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (ilah) qəbul etdiniz və zalım oldunuz. 52. Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz. 53. Biz Musaya kitab (Tövrat)(haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz. 54. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də Yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, Bağışlayandır. 55. (Və yadınıza salın ki) siz: “Ey Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”,- dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. 56. Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik. 57. Üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” – (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. 58. Xatırlayın ki, sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin. Buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq”, – demişdik. 59. (Özlərinə) zülm edənlər onlara deyilən sözü başqası ilə dəyişdirdilər. Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik. 60. Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” – dedik. (O, əsanı daşa vuran kimi) ondan on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara:) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik). 61. Xatırlayın ki, siz: “Ey Musa! Biz (hər gün yediyimiz) eyni təama heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən: tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirsin!" – dediniz. (Musa da cavabında:) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.» (əl-Bəqərə: 40-61).

Uca Allah onlara verdiyi nemətləri və yaxşılıqları xatırladır. Onlara heç bir əziyyət çəkmədən əldə etdikləri iki ləzzətli yeməyi, manna və bildirçini bəxş etmişdi. Səhər vaxtı onlara manna, axşam vaxtı isə bildirçin quşlarını göndərirdi. Həmçinin özləri ilə daşıdıqları daşdan su çıxrtdı. Belə ki, Musa əlindəki əsa ilə daşa bir zərbə endirdi və daşdan on iki, hər nəsil üçün bir çeşmə fışqırdı. Çeşmənin saf suyundan içir, heyvanlarına içizdirir, özlərinə bəs edən qədər su ehtiyatı götürürdülər. Başlarının üzərində dolaşan buludlar da onları istidən qoruyurdu.

Bunlar Uca Allahın əzəmətli və əvəzsiz nemətləri idi. Onlar bu nemətləri nə qoruyur, nə də layiqli şükr edirdilər. Onların əksəriyyəti əllərində olan nemətlərdən qıcıqlandılar, narazılıq bildirib bu nemətlərin başqası ilə, torpağın bitirdiyi tərəvəz, sarımsaq, mərcimək və soğan ilə əvəz edilməsini tələb etdilər.

Kəlimullah Musa onları bu fikirdən daşınmağa çağırdı, öz narazılığını bildirib xəbərdarlıq etdi və dedi: «“Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!”» (əl-Bəqərə: 61). Əlinizdə olan nemətlərin əvəzində istədiyiniz və tələb etdiyiniz şeylər kiçik və böyük şəhərlərdə insanların əldə etdikləri sadə qidalardır. Əgər siz hazırda layiq olmadığınız yüksək məqamdan aşağı düşsəniz, yəni şəhərə getsəniz orada istədiyiniz alçaq şeyləri əldə edərsiniz. Amma mən burada sizin istəyinizi və arzunuzu qəbul edə bilmərəm.

Qeyd olunan bütün vəsflər göstərir ki, onlar qadağalara məhəl qoymurdular. Uca Allah buyurur: «Bunda həddi aşmayın, yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar.» (Taha: 81). Bədbəxt olmaq, həlak olmaqdır. Allaha and olsun ki, belələri həlaka və məhvə layiqdirlər. Çünki qüdrətli Mülk sahibinin qəzəbinə düçar olublar.

Lakin buna baxmayaraq Uca Allah bu şiddətli cəzadan qurtulmaq, nankor şeytanın yolundan xilas olmaq istəyənlər üçün tövbə qapısını açıq qoydu. Uca Allah buyurur: «82. Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni, yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!» (Taha: 82).

ALLAHI GÖRMƏK İSTƏYİ
Uca Allah buyurur:

142. Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə!”


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin