Rəhman və Rəhim olan Allahın adı ilə


İBLİSİN ADƏM  VƏ HƏVVAYA VƏSVƏSƏ VERMƏSİ



Yüklə 3,81 Mb.
səhifə38/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   34   35   36   37   38   39   40   41   ...   532
İBLİSİN ADƏM  VƏ HƏVVAYA VƏSVƏSƏ VERMƏSİ
Uca Allah buyurur: "(Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı..." (əl-Bəqərə: 36). Onları naz-nemət, sevinc və fərəh yurdu Cənnətdən çıxarıb, yorğunluq, ağır və kəşməkeşli dünyaya endirdi. Səbəb isə şeytanın aldadıcı vəsvəsəsidir.

Uca Allah buyurur: "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!" (əl-Əraf: 20). Əgər siz bu ağacdan dadsanız o zaman deyilən kimi olarsınız.

Dediyinə inandırmaq üçün "...and içdi ki, mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” (əl-Əraf: 21). Digər ayədə isə deyilir: "Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?” (Taha: 120). Yəni, meyvəsindən yeyəcəyin təqdirdə bu naz-nemət içərisində qalacağın, heç vaxt fənaya uğramayacaq mülkü əldə edəcəyin ağacı sənə bildirimmi? Bu, şeytanın hiyləsi, yalanı və həqiqəti əks etdirməyən məlumatıdır.

Ayədə deyilən "əbədiyyət ağacı" Peyğəmbərin r "Cənnətdə bir ağac vardır ki, onun kölgəsində yüz il yol gedən atlı onu gəzib qurtara bilməz"25 – sözləri ilə vəsf etdiyi ağac ola bilər.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin