97. (Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın!” – deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (Qiyamət günü) gözləyir. İndi tapınıb durduğun ilahına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!
98. Sizin ilahınız ancaq O Allahdır ki, Ondan başqa heç bir haqq ilah yoxdur. O, Öz əzəli elmi ilə hər şeyi ehtiva etmişdir!” (Taha: 83-98).
Uca Allah, Musanın Rəbbinin vədəsinə getdikdən sonra İsrail oğullarının başına gələnlər haqqında xəbər verir. O Tur dağının üzərində dayanmış, Rəbbi də onu qəbul etmişdir. Musa çox şey istəyir Rəbbi də onun istəklərini qəbul edirdi. İsrail oğullarının arasında Harun əs-Samiri adlı bir nəfər kişi onların qibtilərdən götürdükləri qızılları əridib buzov düzəltdi və üzərinə bir ovuc torpaq atdı. Torpağı Allahın əmri ilə Fironu qərq etməyə gələn Cəbrailin atının ayaq izindən götürmüşdü. O torpağı buzovun ağzına atan kimi buzov həqiqi bir buzov kimi böyürdü. Külək əsəndə fiqurun arxasından hava daxil olur və ağzından çıxırdı. Nəticədə həqiqi inək kimi böyürürdü. Onlar buzovun ətrafında rəqs edir və sevinirdilər. «Bu sizin ilahınızdır. Musanın da ilahı budur, lakin unutmuşdur”.» (Taha: 88). Yəni Musa Rəbbini burada unudub. İndi də gedib Onu orada-burada axtarır. Həqiqətən Allah onların dediklərindən qat-qat Uca və pakdır. Onun ad və sifətləri müqəddəs, güc-qüvvəti hədsizdir. Uca Allah onların etiqadlarının batil olduğunu və özlərinə ilah götürdükləri heyvanın və ya məlun şeytanın heç nə olduğunu bildirir. «89. (Məgər bu cansız heykələ sitayiş edənlər) buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?!» (Taha: 89). «Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.» (əl-Əraf: 148). Uca Allah bildirir ki, bu heyvan nə danışır, nə də deyilənlərə cavab verə bilir. O nə xeyir, nə də zərər verə bilmir. Heç insanlara düz yol da göstərməyi bacarmır. Amma onlar öz nəfslərinə zülm edib onu özlərinə ilah sandılar. Onlar öz-özlərində bu cəhalətin və azğınlığın batil olduğunu yaxşı bilirdilər.
Dostları ilə paylaş: |