Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə390/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   386   387   388   389   390   391   392   393   ...   532
«149. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”» (əl-Əraf: 149).

Musa onların yanına qayıdıb buzova ibadət etdiklərini görəndə əlindəki Tövrat lövhələrini yerə atdı. Deyilənə görə lövhələr qırıldı və sonra Uca Allah onları başqaları ilə əvəz etdi. (Bunu Kitab əhli belə deyir324.) Amma Qurani-Kərimdə buna dəlalət etən heç bir məlumat yoxdur. Orada sadəcə deyilir ki, Musa onların bu halını görəndə lövhələri yerə atdı. Kitab əhlinin məlumatlarına görə onun əlində iki ədəd lövhə var idi. Amma Qurani Kərimin zahiri mənasına görə orada lövhələrin sayı çox idi. Musa qövmünün bozova ibadət etməsi xəbərindən elə də çox təsirlənməmişdi deyə ona öz gözləri ilə bunu görmək əmr olundu. İbn Abbasdan  rəvayət olunan hədisdə Peyğəmbərin  belə dediyi rəvayət olunur: "Eşitmək görmək kimi (təsirli) deyil!"325

Musa gördükləri çirkin işə görə onları danladı, məzəmmət etdi və abırlarını verdi. Onlar isə yersiz səbəblə üzrxahlıq edib dedilər: «Biz (Firon) tayfasının zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları atdıq. Samiri də bizim kimi atdı”.» (Taha: 87). Onlar cahilliklərindən, ağıl və elm naqisliyindən dolayı Firon ailəsinin qır-qızılını daşımaqdan utanır, amma güclü, möhtac olmayan vahid Allahla yanaşı cansız cəsədli böyürən buzov heykəlinə ibadət etməkdən utanmırlar! (Halbuki Firon müharibə edən tərəf sayılırdı və Allah da onlardan qənimət götürməyi onlar üçün halal etmişdi).

Sonra Musa qardaşı Haruna yaxınlaşdı və dedi: «“Ey Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, 93. (Möminləri də götürüb) arxamca gəlmədin?» (Taha: 92-93). Sən bu baş verənləri görəndə mənim ardımca gəlib onların etdikləri iş barədə xəbər verə bilməzdin?! Harun belə cavab verdi: «Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum.» (Taha: 94). Mən səni onlara başçı təyin etmişəm! Sən isə onları başsız qoyub mənim yanıma gəlmisən! – deyəcəyindən qorxurdum.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin