«(Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdir.» (əl-Əraf: 156). Mən istədiyimə yaratdığım və təqdir etdiyim istənilən şeylə əzab verərəm. «Mərhəmətim hər şeyi ehtiva etmişdir...» İki səhih kitabda329 Peyğəmbərin belə dediyi rəvayət olunur: "Uca Allah göyləri və yeri yaratdıqdan sonra Ərşin üzərində saxlanılan bir söz yazdı: Mənim rəhmətim qəzəbimdən çoxdur". «Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!» (əl-Əraf: 156). Kim bu vəsfdə olarsa mərhəmətim ona vacib olar.