Rəhman və Rəhim olan Allahın adı ilə


Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman



Yüklə 3,81 Mb.
səhifə403/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   399   400   401   402   403   404   405   406   ...   532
71. Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xıdır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin”.

72. (Xıdır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda əsla dözə bilməzsən?”

73. (Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”

74. Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xıdır) dərhal onu öldürdü. (Musa) dedi: “Pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin”.

75. (Xıdır) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda əsla dözə bilməzsən?"

76. (Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. Sən artıq mənim diləyəcəyim son üzrxahlığa çatdın”.

77. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xıdıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xıdır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək pulu) alardın.”


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin