Rəhman və Rəhim olan Allahın adı ilə


Səid ibn Cubeyr  deyir ki, İbn Abbas  bu ayəni belə oxuyardı: «...çünki həmin adamların



Yüklə 3,81 Mb.
səhifə405/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   401   402   403   404   405   406   407   408   ...   532
Səid ibn Cubeyr  deyir ki, İbn Abbas  bu ayəni belə oxuyardı: «...çünki həmin adamların qarşısında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.» «80. Oğlana gəldikdə, o kafir idi. Onun ata-anası isə mömin kimsələr idi.»

Biz bu hədisin bütün sənədlərini və mətnlərini Kəhf surəsinin təfsirində qeyd etmişik. Həmd Allaha məxsusdur.

Uca Allah buyurur: «82. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı.» Bu xəzinə, üzərində elm yazılmış qızıl lövhələr idi. «Onların atası əməlisaleh (bir adam) idi.» Bu ayə göstərir ki, Uca Allah əməlisaleh insanın nəslini də qoruyur. Kömək yalnız Allahdandır.

«Rəbbin onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz-özümdən etmədim. Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu budur!”» Bu ayə Xıdırın peyğəmbər olduğunu isbat edir. O etdiklərini özbaşına deyil, Rəbbinin əmri ilə edirdi. O peyğəmbər idi.

Uca Allah buyurur: «81. (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, – deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, – deyə buyurmuşdu!» (Ali İmran: 81). Uca Allah hər bir peyğəmbərdən, özündən sonra gələn peyğəmbərə iman gətirməsi və ona kömək etməsi barədə əhd almışdır. Bu o deməkdir ki, əvvəlki peyğəmbərlər Muhəmmədə  iman gətirmişdilər. Çünki o peyğəmbərlərin sonuncusudur. Onu görən hər bir peyğəmbərin ona iman gətirməsi və dininə dəstək verməsi vacibdir. Əgər Xıdır onun vaxtında sağ olsaydı ona iman gətirməkdən və ona qoşulmaqdan başqa çarəsi olmazdı. O da Bədr günündə Cəbrail və bir sıra şərəfli mələklər kimi onun bayrağı altında döyüşənlərdən olardı.

Hər halda Xıdır da peyğəmbər olub. Həqiqət də elə budur ki, o peyğəmbər idi. Yaxud deyilənə görə rəsul, yaxud mələk və ya hər kim olub. Mələklərin başçısı Cəbraildir, Musa da Xıdırdan əfzəldir. Əgər o sağ olsaydı Muhəmmədə  iman gətirməsi və ona yardım etməsi vacib olardı. Bir çoxlarının dediyi kimi, əgər Xıdır övliyadırsa onda necə?! Belə olan halda onun Peyğəmbərə  iman gətirənlərə qatılması daha da qaçılmaz olardı.

Heç bir həsən, nə də etibar olunacaq zəif hədisdə onun bir gün də olsun Peyğəmbərin  yanına gəlib, onunla oturması öz əksini tapmamışdır. "Təziyə" haqqında deyilən hədisin sənədi isə zəifdir343. Daha doğrusunu Allah bilir.

Qarşıda Xıdır haqqında ayrıca məlumat verəcəyik.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin