Rəhman və Rəhim olan Allahın adı ilə


MUSANIN  HEKAYƏSİNİ TƏFSİLATI İLƏ ƏVVƏLİNDƏN SONUNA QƏDƏR EHTİVA EDƏN "FUTUN"



Yüklə 3,81 Mb.
səhifə406/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   402   403   404   405   406   407   408   409   ...   532
MUSANIN  HEKAYƏSİNİ TƏFSİLATI İLƏ ƏVVƏLİNDƏN SONUNA QƏDƏR EHTİVA EDƏN "FUTUN" (SINAQ) LƏQƏBLİ HƏDİSİN MƏZMUNUNUN QEYDİ
İmam Əbu Əbdü-r-Rəhman ən-Nəsai "Sünən" kitabının "Təfsir" bölümündə Uca Allahın Taha surəsindəki «Sən bir nəfəri vurub öldürdün. Sonra Biz səni o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik...» (Taha: 40) – ayəsini açıqlayarkən bir rəvayət qeyd edir. Həmin rəvayətdə Səid ibn Cubeyr deyir ki, mən Abdullah ibn Abbasdan  Uca Allahın Musaya söylədiyi «Biz səni bir çox sınaqlardan keçirtdik...» ayəsindəki sınaqların nə olduğunu soruşdum? İbn Abbas  dedi: "Ey İbn Cubeyr, bu gün keçsin sonrakı gün danışaram. Bunun üçün çox vaxt lazımdır. Səhər açılan kimi İbn Abbasın  yanına getdim ki, mənə vəd verdiyi sınaq hədisini eşidim. İbn Abbas  rəvayəti danışmağa başladı:

"Firon və əyanları Uca Allahın İbrahimə "Sənin zürriyyətindən peyğəmbərlər və padşahlar edəcəyəm!" – sözləri ilə verdiyi vədi müzakirə edirdilər. Bəziləri dedilər ki, İsrail oğulları belə bir şey gözləyir, bunda heç şübhə də etmirlər. Onlar elə bilirdilər ki, həmin adam Yəqubun oğlu Yusufdur. Yusuf vəfat edəndə onlar dedilər ki, İbrahimin vədi belə olmamışdı. Firon dedi: "Siz nə məsləhət edirsiniz?" Onlar məşvərət edib qəti qərara gəldilər ki, əli silahlı xüsusi bir dəstə hazırlasınlar və İsrail oğullarını təftiş etsinlər. Qarşılaşdıqları yeni doğulmuş bütün oğlan uşaqlarını diri-diri kəssinlər. Onlar belə də etdilər.

Onlar İsrail oğullarının yaşlılarının öz əcəlindən, oğlan uşaqlarının isə kəsilməkdən qırıldığını görüb öz-özlərinə dedilər: "Belə getsə siz İsrail oğullarının axırına çıxacaq, axırda özünüz onların yerinə xidməti işlərlə məşğul olacaqsınız. Sayları azalsın deyə bir il oğlan uşaqlarını öldürün, ölənlərin yerini doldursunlar deyə o biri ildə heç kəsi öldürməyin. Qadınların çoxluğu olan yerdə onlar nə arta biləcək, nə də sizə təhlükə yaradacaqlar". Onlar bu işdə belə razılığa gəldilər.

Musanın anası uşaqlar öldürülməyən ildə Haruna hamilə qaldı. Heç bir təhlükə olmadan onu dünyaya gətirdi. O biri ildə isə Musaya hamilə qaldı. Ana buna çox kədərləndi, məyus oldu. Ey İbn Cubeyr, sınaqlardan biri budur! Arzulamadığı bir iş qarşısına çıxmışdı. Uca Allah anasına ilham verib dedi: «...qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!» (əl-Qasas: 7). Uca Allah ona əmr etdi ki, əgər uşağı üçün bir təhlükə hiss etsə, onu beşiyə qoyub suya buraxsın. Anası onu dünyaya gətirəndə deyiləni etdi. Oğlu suda üzə-üzə gözündən itdikdə şeytan ona yaxınlaşdı və ana öz-özünə: "Gör öz oğlumu nə etdim?! Gözümün qabağında kəsilsəydi meyitini götürər, kəfənləyərdim. Belə etmək, onu suya buraxıb dəniz heyvanlarına yem olmasından daha yaxşı olardı".

Su uşağı gətirib Firon arvadının kənizlərinin su götürdükləri bir hövzəyə çıxartdı. Onlar zənbili görən kimi götürdülər və dərhal onu açmaq istədilər. Amma aralarından bəziləri dedilər: "Ola bilər içərisində mal-dövlət olsun. Əgər biz onu açsaq onda padşahın xanımı onun içərisində nə qədər mal olduğuna dair şübhə edər". Onlar zənbili olduğu kimi gətirib xanıma verdilər. O zənbili açanda orada bir oğlan uşağı gördü. Allah onun qəlbində Musaya qarşı, hələ heç kəsə bəxş edilməyən xüsusi bir sevgi ocağı işıqlandırdı.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin