Rəhman və Rəhim olan Allahın adı ilə


Biz o axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik



Yüklə 3,81 Mb.
səhifə410/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   406   407   408   409   410   411   412   413   ...   532
83. Biz o axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!» (Əl-Qasas: 76-83).

İbn Abbas  deyir ki, Qarun Musanın əmisi oğlu idi353. İbrahim ən-Nəxai, Abdullah ibn əl-Haris ibn Novfəl, Simak ibn Hərb, Qatədə, Malik ibn Dinar və İbn Cureyc də eyni fikiri deyiblər. İbn Cərir deyir354: "Bu fikir, yəni Qarunun Musanın əmisi oğlu olması fikri əksər elm adamlarının fikridir". Qatədə deyir355: "Qarun Tövratı gözəl səslə oxuduğu üçün "Munəvvər" adı ilə adlandırılırdı. Lakin Samiri kimi Allahın bu düşməni də ikiüzlülük etdi. Mal-dövlətinin çox olmasına görə azğınlaşdı və bu da onu məhv etdi".

Uca Allah onun var-dövlətinin çox olmasını qeyd edir. Hətta bir neçə nəfər qolu qüvvətli kişi üçün onun xəzinələrinin açarlarını daşımaq çətin olurdu. Bəziləri isə deyirlər ki, onun xəzinəsi dəri xurcundan idi. Onları altmış qatır daşıyırdı. Daha doğrusunu Allah bilir.

Qövmünün ağıllı adamları ona tövsiyə edib dedilər: «Sevinmə.» Yəni sənə bəxş edilən mal-dövlətə görə özünü dartma, özünü başqalarından üstün sayma. «Şübhəsiz ki, Allah (malı ilə qürrələnib) sevinənləri sevməz! 77. Allahın sənə verdiyindən özünə axirət qazan.» Onlar deyirdilər ki, sən Allahın axirət savabını qazanmağa çalış. Bu daha xeyirli, daha baqidir. Bununla yanaşı «dünyadakı nəsibini də unutma.» Mal-dövlətinlə Allahın sənə halal etdiyini dünyada qazan. Halal naz-nemətlərdən özün üçün rahat istifadə et, «Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et.» Xaliq və yoxdan var edən Allah sənə yaxşılıq etdiyi kimi, sən də insanlara elə yaxşılıq et. «Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə.» Onlara pislik etmə, onları səhv yola aparma. Sənə əmr olunan davranışın əksinə getmə. Əks təqdirdə Allah səni cəzalandırar, verdiyini əlindən alar. «Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!»

Qövmünün bu gözəl və xeyirxah tövsiyəsinə onun cavabı belə oldu: «“Bu (var-dövlət) mənə yalnız məndə olan elm sayəsində verilmişdir.» Sizin dediklərinizi dinləməyə, göstərişlərinizi qəbul etməyə gərək yoxdur. Allah mənim bu mülkə layiq olduğumu bildiyi üçün bunu mənə vermişdir. Əgər mən Onun üçün əziz və yanında hörmətli olmasaydım mənə verdiyini verməzdi.

Uca Allah onun bu düşüncəsini inkar edərək dedi: «Məgər o, Allahın ondan əvvəl özündən (Qarundan) daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar.» Qarundan daha güclü, çox varlı və oğul-uşaqlı əvvəlki ümmətləri günahları və səhvləri ucbatından həlak etmişik. Əgər Qarunun dedikləri doğru olsaydı o zaman ondan da varlı olan insanları məhv etməzdik. Mal-dövlətinin olması Bizim onu sevməyimizi, diqqət yetirməyimizi əks etdirmir. Uca Allah buyurur: «37. Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin...» (Səba: 37). Digər ayədə buyurur: «55. Məgər (günahkarlar) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla 56. Onlara yaxşılıq etməyə tələsirik?!...» (əl-Muminun: 55-56).

Yuxarıda qeyd olunanlar «“Bu (var-dövlət) mənə yalnız məndə olan elm sayəsində verilmişdir.» – ayəsinin tərəfimizdən doğru şəkildə açıqlanmasına dəlalət edir.

Yuxarıdakı ayənin mənasını: Qarun kimya elmini bilirdi. Həmçinin Allahın ən əzəmətli ismini bilirdi deyə ondan istifadə edib mal-dövlət toplamışdı – sözləri ilə izah etmək doğru deyildir. Çünki kimya356 aldatmaq və aldadıcı boyalardan istifadə etməkdir. Bu Yaradanın yaratmağına oxşamaz. Ən əzəmətli isimlə dua edən kafirin sədası səmaya çatmaz. Qarun da daxilən kafir, zahirən münafiq (ikiüzlü) idi. Həmçinin, Qarunun bu məna ilə onlara belə cavab verməsi heç də uyğun gəlmir. Çünki bu məna ilə iki cümlə arasında uyğunluq olmur. Biz bunu "Təfsir" kitabımızda357 açıqlamışıq. Həmd Allaha məxsusdur.

Uca Allah buyurur: «79. (Bir gün Qarun) fəxr etdiyi libası geyib zinəti (ehtişamı) içində qövmünün qarşısına çıxdı.» Təfsirçilərin çoxu deyir ki, o ifrat dərəcədə bəzənib: bahalı libaslar, çoxlu miniklər, xidmətçilər və qulluqçular nümayiş etdirib – camaat qarşısına çıxmışdı. Dünya naz-nemətini daha üstün sayan insanlar onu gördükdə onun kimi olmağı arzuladılar. Onun əlində olanlara qibtə etdilər. Doğru anlayış sahibləri və dünyaya bel bağlamayan dərrakəli insanlar bu söhbəti eşidəndə onlara dedilər: «Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır...» Yəni Allahın axirətdə verəcəyi savab xeyirli, davamlı, üstün və yüksəkdir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin