ADƏM VƏ HƏVVANIN CƏNNƏTDƏN ÇIXARILMASI
24. (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır” (əl-Əraf: 24).
Bu Adəmə, Həvvaya və İblisə ünvanlanan xitabdır. Deyilənə görə ilan da onlarla birlikdə idi. Onlara bir-birinə düşmən olduqları halda yer üzünə enmək əmr olundu.
Aşağıdakı səhih hədisə əsasən ilanın onlarla olmasını demək olar. Peyğəmbər r ilanların öldürülməsini əmr edərək demişdir: "Biz onlarla müharibə aparan gündən onlardan arxayın ola bilmirik"31.
Taha surəsində isə deyilir: «(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir–birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin.» (Taha: 123).
Bu isə Adəmə və İblisə edilən xitabdır. Adəm özü ilə Həvvanı, İblis isə ilanı götürdü.
Digər fikirə görə ikilik halında edilən müraciət onların hamısına şamil idi. Misal olaraq bu ayəni demək olar: "Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik." (əl-Ənbiya: 78). Amma bu üslub iki nəfər – iddiaçı və məhkum arasında hökm kəsən hakimin halı üçün keçərlidir. "Biz də onların hökmünə şahid idik."
Bəqərə surəsində enmək əmri iki dəfə təkrarlanmışdır. Uca Allah buyurur:
Dostları ilə paylaş: |