Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə422/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   418   419   420   421   422   423   424   425   ...   532
Bədr quyularında düşmənlər qorxub qaçşır,

Bayraq altında həm Cəbrayıl, həm Muhəmməd vuruşur.

Əgər Xıdır sağ olsaydı onun da bu bayraq altında döyüşməsi özü üçün bir şərəf və möhtəşəm meydan olardı.

Qazi Əbu Yəla Muhəmməd ibn əl-Hüseyn ibn əl-Fərra əl-Hənbəli deyir: "Məzhəb yoldaşlarımızdan bəzilərindən Xıdırın ölüb-ölməməsi haqqında soruşdular". O dedi: "Bəli, ölüb". Əbu Yəla deyir: "Belə bir fikiri Əbu Tahir ibn əl-Ğubari adlı alimdən də eşitmişəm. O da deyirdi ki, əgər o sağ olsaydı Peyğəmbərin  yanına gələrdi". İbn əl-Covzi bu məlumatı "əl-Ucalə" kitabında qeyd etmişdir.

Kimsə deyə bilər ki, bəlkə o, bütün bu hadisələrdə iştirak edib, amma onu heç kəs görə bilməyib?!

Bunun cavabı belədir: Qaydaya görə belə uzaq ehtimallar etmək olmaz. Məsələyə belə yanaşsaq o zaman elə çıxır ki, adi bir fikirlə istənilən ümumi mənanı xüsusiləşdirmək olar! Birdə ki, onu gizlənməyə məcbur edən nədir?! Onun özünü biruzə verməsi daha savablı və daha möcüzəvi olmazdımı?! Əgər o, Peyğəmbərdən  sonra da sağdırsa, o da Peyğəmbərdən  rəvayət olunan səhih hədisləri və Quran ayələrini rəvayət etməli, Peyğəmbərin  adından uydurulan, dəyişdirilən hədisləri inkar etməli, bidət və təriqət düşüncələrini rədd etməli, döyüşlərdə müsəlmanlarla çiyin-çiyinə döyüşməli, cümə və camaat namazlarında iştirak etməli, onlara faydalı bir bəndə olmalı, zərərli işlərin qarşısını almalı, alim və rəhbərləri dəstəkləməlidir. Bunları etməsi daha yaxşıdır, nəinki hansısa şəhərdə və ya dağda gizli qalması, naməlum insanlarla ünsiyyət qurması və onlar üçün vasitəçi olması. Dediklərimizi yalnız düşünən insanlar dərk edə bilərlər. Allah istədiyini doğru yola yönəldir.

Dəlillərdən biri də "İki Səhih" kitabda406 və qeyri mənbələrdə Abdullah ibn Ömərdən  rəvayət olunan hədisdir. Demək bir gün Peyğəmbər  işa namazını qıldı və dedi: "Bax bu gündən yüz il keçəndən sonra yer üzündə indiki adamlardan heç kəs qalan deyil." Digər rəvayətdə isə belə deyilir: "Qırpılan göz qalan deyil." İbn Ömər  deyir: "İnsanlar Peyğəmbərin  bu sözlərini səhv anlayıblar. O bu sözləri ilə öz əsrində yaşayan adamlardan heç kəsin qalmayacağını nəzərdə tuturdu."

İmam Əhməd407 Abdullah ibn Ömərdən  rəvayət edir: "Həyatının sonlarına az qalmış bir gündə Peyğəmbər işa namazını qıldırdı. Salam verdikdən sonra ayağa qalxıb dedi: "Bax bu gündən yüz il keçəndən sonra yer üzündə indiki adamlardan heç biri qalan deyil."

İmam Əhməd408 Cabir ibn Abdullahdan  rəvayət edir: "Peyğəmbər ölümündən az öncə, yaxud bir ay qalmış dedi: "Yüz ildən sonra bu gün nəfəs alan adamlardan heç biri sağ qalan deyil."

İbn əl-Covzi deyir: "Bu səhih hədislər Xıdırın sağ olması iddiasını təmamilə puç edir".

Bəziləri deyirlər ki, Xıdırın Peyğəmbərin  vaxtına qədər yaşamamasını deməkdə heç bir problem yoxdur. Bu daha dəqiq fikirdir. Yox əgər onun həmin vaxta qədər sağ olduğunu desələr, o zaman bu hədislər onun yüz ildən sonra yaşamayacağını isbat edir. Belə çıxır ki, o, bu gün sağ deyil. Çünki o da bu ümumi mənaya daxildir. Onun xüsusiləşdirilməsini təsdiq edən xüsusi dəlil olmadıqca bu fikir qüvvədə qalmaqdadır. Daha doğrusunu Allah bilir.

Hafiz Əbu-l-Qasim əs-Suheyli "ət-Tərif və-l-Əlam"409 adlı kitabında Buxaridən və şeyxi Əbu Bəkr əl-Ərabidən rəvayət edir ki, yuxarıda qeyd olunan hədisə əsasən o, Peyğəmbərin  həyatına qədər yaşamış, sonra vəfat etmişdir.

Buxarinin onun Peyğəmbərin  vaxtına qədər yaşamasını deməsi müzakirə olunmalıdır.

Suheyli də onun o vaxta qədər qalmasını daha doğru fikir kimi qəbul etmiş və bir çox elm adamlarının belə dediyini xatırlatmışdır. O deyir ki, onun Peyğəmbərlə  birlikdə olması və onun təziyəsinə gəlib ailəsinə başsağlığı verməsi səhih yollarla rəvayət olunmuşdur. Sonra o, bizim zəif hökmü verdiyimiz rəvayətləri410 əsas gətirmiş, amma heç birinin sənədini qeyd etməmişdir411. Daha doğrusunu bilən Allahdır.

 


 

İLYAS PEYĞƏMBƏR


c a Allah əs-Saffat surəsində Musa və Harunun hekayəsindən sonra deyir:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin