Rəhman və Rəhim olan Allahın adı ilə


«128. Yalnız Allahın müxlis»



Yüklə 3,81 Mb.
səhifə424/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   420   421   422   423   424   425   426   427   ...   532
«128. Yalnız Allahın müxlis» iman gətirən «bəndələrindən başqa!»

«129. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.» Bütün məxluqatın xatirində onun üçün xoş xatirə saxladıq. Hər kəs onu yalnız xeyirlə xatırlayır. Bu məğzə uyğun olaraq sonrakı ayədə belə deyilir: «İlyasinə salam olsun!» Yəni İlyasa salam olsun. Ərəblər bir çox adların sonuncu hərfini "n" hərfi ilə əvəz edirlər. Məsələn, İsmail və İsmain, İsrail və İsrain, İlyas və İlyasin. Qurani Kərimin bəzi qiraətlərində belə oxunur: «Yasinin ailəsinə salam olsun!» yəni, Muhəmmədin  ailəsinə.

İbn Məsud  və başqaları isə belə oxuyublar: «İdrasinə salam olsun!» Buna görə Əbu İshaq rəvayət edir ki, Ubeydə ibn Rabiə İbn Məsuddan  rəvayət edir ki, İlyas İdrisdir. Dahhak ibn Muzahim də eyni fikri söyləmişdir. Qatadə və Muhəmməd ibn İshaq belə rəvayət ediblər.

Amma daha doğru olan fikir budur ki, onlar ayrı-ayrı adamlardır. Bu haqda əvvəldə də danışmışdıq. Daha doğrusunu bilən Allahdır.

İSRAİL OĞULLARININ MUSADAN  SONRA YAŞAYAN BİR NEÇƏ PEYĞƏMBƏRİNİN HEKAYƏSİ


İbn Cərir ət-Təbəri "Tarix" kitabında deyir415: "Yuşadan sonra İsrail oğullarına rəhbərlik edənin Kəlib ibn Yəfnə olmasına dair nə bizim ümmətin, nə də əvvəlki ümmətlərin elm adamlarının fikir ayrılığı yoxdur". O, Musanın adamlarından biri, bacısı Məryəmin əri idi. İsrail oğulları cihad etməkdən imtina edərkən onlara: «“Onların üstünə qapıdan girin. Əgər girsəniz, onlara mütləq qələbə çalarsınız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”» (əl-Maidə: 23) – deyib müraciət edən iki nəfər Allahdan qorxan adamın biri Yuşa, digəri isə Kəlib idi.

İbn Cərir deyir: "Ondan sonra İsrail oğullarına rəhbərliyi Hizqiyal ibn Buzi etdi. Ölməkdən qorxduqlarına görə diyarlarından çıxardılan minlərlə adamın dirildilməsi üçün Allaha dua edib buna nail olan o olmuşdu".

 

 



HİZQİYAL

(YEZEKEL) PEYĞƏMBƏR

Uca Allah buyurur:




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin