Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə425/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   421   422   423   424   425   426   427   428   ...   532
243. (Ey Rəsulum!) Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib get­dik­lərini görmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən) di­rilt­di. Həqiqətən, Allah insanlara lütf edən­dir, lakin insanların bir çoxu şükür etməzlər! (əl-Bəqərə: 243).

İbn İshaq deyir ki, onlar taun xəstəliyindən qaçıb bir çöllükdə düşərgə saldılar. Uca Allah onlara: "Ölün!" – deyə əmr etdi. Onların hamısı öldü. (Onların cəsədləri) yırtıcı heyvanlardan başqa hər kəsdən qorunurdu. İllər ötdükdən sonra Hizqiyal peyğəmbər onların yanından keçdikdə orada dayanıb fikirə getdi. Ona deyildi: "İstəyirsənmi sənin gözün önündə Allah onları diriltsin?!" O dedi: "Bəli". Ona, orada olan sümüklərə ət ilə örtülməsini və vətərlərinin bir-birinə birləşməsini əmr etmək əmri verildi. Hizqiyal Allahın ona verdiyi əmri əsasında onları çağırdı. Camaat hamı bir nəfər kimi ayağa qalxıb bir ağızdan təkbir etdilər.

İbn Abbas  deyir ki, onların sayı dörd min idi. Digər rəvayətdə isə səkkiz min olduqlarını demişdir. Əbu Saleh isə onların doqquz min olduqlarını deyir. İbn Abbasın  başqa rəvayətində onların qırx min olduqları deyilir. Səid ibn Əbdüləziz deyir ki, onlar (Dəməşq şəhəri yaxınlığında yerləşən) Əzriat şəhərindən idilər.

İbn Cureyc Ətadan rəvayət edir ki, bu bir məsəldir. Yəni, qaçmaqla qədərdən xilas olmağın mümkün olmadığını bildirmək üçün çəkilən bir məsəldir. Belə bir hadisənin baş verməsini deyən cumhur alimlərin fikri daha tutarlıdır.

İmam Əhməd və "İki Səhih" kitabın müəllifləri Abdullah ibn Abbasdan  rəvayət edirlər ki, Ömər ibn əl-Xəttab Şam tərəfə yola düşmüşdü. Sərğ adlı yerə çatanda qoşunların əmirləri – Əbu Ubeydə və köməkçiləri onu qarşılayıb, Şamda taun xəstəliyinin yayılmasını ona çatdırdılar... O, mühacir və ənsarlarla məşvərət etdi. Onlar bu barədə fikir ayrılığına düşdülər. İş dalınca gedən Əbdürrəhman ibn Auvf gəlib çıxdı və dedi: Mən bu haqda nə isə bilirəm. Mən Peyğəmbərin  belə dediyini eşitmişəm: "Əgər sizin olduğunuz bir yerdə taun olarsa, xəstəlikdən qorxub oradan çıxmayın. Əgər haradasa taun olduğunu eşitsəniz oraya daxil olmayın." Ömər  bunu eşidib Allaha şükür etdi və geri döndü416.

İmam Əhməd417 rəvayət edir ki, Abdullah ibn Amir ibn Rabiə deyir ki, Ömər  Şamda olanda Əbdürrəhman ibn Auvf  Peyğəmbərin  belə dediyini ona çatdırdı: "Sizdən əvvəlki ümmətlərə bu xəstəliklə əzab verilib. Əgər haradasa taun olduğunu eşitsəniz oraya daxil olmayın. Əgər sizin olduğunuz bir yerdə taun olarsa, xəstəlikdən qorxub oradan çıxmayın."

Ömər  bunu eşidəndən sonra Şamdan geri döndü.

Muhəmməd ibn İshaq418 deyir: "Hizqiyalın İsrail oğullarının yanında neçə il qalması haqqında bizə heç bir məlumat verilməmişdir. Uca Allah onun nəfsini aldı. O öləndə İsrail oğulları Allahın onlardan aldığı əhdi unutdular. Buna görə onların başına böyük hadisələr gəldi. Bütlərə ibadət etdilər. Onların ibadət etdikləri bütlərdən biri də "Bə`l" adlı büt idi. Sonra Uca Allah onlara İlyas Peyğəmbəri göndərdi".

Biz İlyasın hekayəsini Xıdırın hekayəsindən sonra qeyd etmişik. Ona görə ki, çox vaxt onların adları birlikdə çəkilir. Həmçinin Saffat surəsində Musadan sonra onun hekayəsi danışılır. Ona görə onun hekayəsini əvvələ salmışıq. Daha doğrusunu bilən Allahdır.

Vahb ibn Munəbbihin rəvayətini Muhəmməd ibn İshaqa danışanda o dedi: "İlyasdan sonra onun davamçısı əl-Yəsə ibn Əxtub peyğəmbər oldu".

ƏL-YƏSƏ İBN ƏXTUB PEYĞƏMBƏR 
Uca Allah əl-Ənam surəsində (86) digər peyğəmbərlərlə yanaşı onun hekayəsini də qeyd etmişdir: «86. Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunusu və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən üstün tutduq.» Uca Allah Sad surəsində (48) buyurur: «48. (Ey Peyğəmbər!) İsmaili, əl-Yəsəi və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!»

FƏSİL
İbn Cərir və digər elm adamları deyirlər: "Sonra İsrail oğullarının vəziyyəti qarışdı. Onlar böyük günah işlər gördülər, bir neçə peyğəmbəri qətlə yetirdilər. Uca Allah da peyğəmbərlərin əvəzində zalım padşahları onlara hakim etdi. Padşahlar onlara zülm edir, qanlarını axıdırdılar. Bununla yanaşı onlara başqa düşmənləri də hakim etdi. Onlar hər dəfə düşmənlərinə qarşı döyüşəndə özləri ilə içərisində "Səyyar Məbəd" olan "Əhd Sandığı"nı da götürürdülər. Onun bərəkəti ilə qalib gəlirdilər. Onun içində Allah tərəfindən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər var idi. Qəzza və Əsqəlan camaatı ilə döyüşəndə məğlub oldular. "Əhd Sandığı"nı və "Səyyar Məbəd"i onların əlindən aldılar. İsrail oğullarının padşahı bu xəbəri eşidəndə boynu əyildi (iflic oldu) və təəssüfündən öldü.

Allah təala Şamuel adlı peyğəmbər göndərənə qədər, İsrail oğulları çobansız qoyun kimi başsız qaldılar. Peyğəmbər gələndə ondan düşmənlərinə qarşı döyüşmək üçün bir hakimiyyət qurmasını tələb etdilər. Onların başına gələnlər haqqında Uca Allahın Öz kitabında hekayə etdiyini danışacağıq.

İbn Cərir419 deyir: "Yuşa ibn Nunun vəfatı ilə Şamuel peyğəmbərin gəlişi arasında dörd yüz altmış il keçmişdi". Sonra o onlara hakim olan padşahların adlarını bir-bir sadalamışdır. Biz isə bu məlumatların qeyd edilməsini məsləhət bilmədik.

 


 

ŞAMUEL PEYĞƏMBƏR




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin