Rəhman və Rəhim olan Allahın adı ilə


DAVUDUN  GƏLİŞİ ÜÇÜN HAZIRLIQ



Yüklə 3,81 Mb.
səhifə426/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   422   423   424   425   426   427   428   429   ...   532
DAVUDUN  GƏLİŞİ ÜÇÜN HAZIRLIQ
Uca Allah müqəddəs kitabında buyurur:

246. (Ey Rəsulum!) Musadan sonra bir dəstə İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun kö­məyi ilə) Allah yolunda (zülm­karlar­la) vuruşaq!” – dedilər. O da (onlara): “Sizə vuruşmaq əmr olunduqda, bəl­kə, vuruşmadınız?” – söylədi. Onlar ca­vabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müs­təs­na olmaqla, (hamısı döyüşdən) üz çe­vir­dilər. Allah (özlərinə) zülm edənləri tanıyır!

247. (İsrail övladının) peyğəmbəri on­la­ra dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökm­dar­lı­ğa daha layiq ikən və ona var-dövlət ve­rilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Pey­ğəm­bər onlara) dedi: “Allah sizdən öt­rü onu (bəyənib) seçmiş, elm və bədən­cə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədi­yi­nə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!”

248. (İsrail övladının) peyğəmbəri on­la­ra dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlmə­si­dir. Onun içində (sizin üçün) Rəbbi­niz­dən bir arxayınlıq, rahatlıq, həm­çi­nin Musa və Harun nəslindən qalan şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bunda sizin üçün qəti dəlil vardır”.

249. Talut qoşunu ilə ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə ta­be olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamı­sı) o sudan içdi. O (Talut) və onunla bir­lik­də olan möminlər (çayı) keç­dik­dən sonra dedilər: “Bu gün bizim (düş­mən tərəfin hökmdarı) Calut və onun qo­şunu ilə vuruşmağa taqətimiz yox­dur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına inananlar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allah­ın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”

250. Onlar Calut və əsgərləri ilə qarşı­laş­dıqları zaman dedilər: “Ey Rəbbi­miz, bizə bollu səbr və dizimizə (ayaq­la­rımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   422   423   424   425   426   427   428   429   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin