Rəhman və Rəhim olan Allahın adı ilə


Nəhayət, onlar Allahın izni ilə Ca­lu­tu və qoşununu məğlub etdilər. Da­vud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət



Yüklə 3,81 Mb.
səhifə427/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   423   424   425   426   427   428   429   430   ...   532
251. Nəhayət, onlar Allahın izni ilə Ca­lu­tu və qoşununu məğlub etdilər. Da­vud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (pey­ğəm­bərlik) verdi və ona istədiyini öy­rət­di. Əgər Allah insanların bir qis­mi­ni, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. (əl-Bəqərə: 246-251).

Əksər təfsir alimləri deyirlər ki, bu hekayədə danışılan peyğəmbər Şamuel idi.

Bu insanlar müharibələrdən və düşmənin təhqirindən cana doyduqları üçün öz vaxtlarının peyğəmbərindən, hamı onun rəhbərliyi altında birləşib hər nə olursa olsun onunla birlikdə düşmənə qarşı döyüşsün deyə bir hakimiyyət qurmasını tələb etdilər. Peyğəmbər onlara dedi: «“Sizə vuruşmaq əmr olunduqda, bəlkə, vuruşmadınız?” Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki,» Bizim döyüşməyimizə nə mane ola bilər?! Bir halda ki, «yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”.» Biz təcavüzə məruz qalmışıq. Hər birimiz məhv olmuş və ya əsir düşmüş övladlarımızı azad etmək üçün döyüşməliyik.

Uca Allah ayənin davamında buyurur: «Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!» Hekayənin sonunda da deyildiyi kimi, padşah ilə birlikdə çayı keçənlərin sayı çox az idi. Yerdə qalanlar döyüşməkdən imtina edib geri qayıtdılar.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   423   424   425   426   427   428   429   430   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin