«247. (İsrail övladının) peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”.»
İkrimə və Suddi adlı alimlər deyirlər ki, o, suçu idi. Vahb ibn Munəbbih adlı alim isə onun dabbaq (dəri aşılayan) olduğunu deyir. Onun hansı peşə sahibi olduğu haqqında başqa fikirlər də söylənilmişdir. Daha doğrusunu bilən Allahdır.
Bu səbəbdən belə dedilər: «“Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?”» Onun hökmdarlığına qəti etiraz edərək üz çevirib dedilər: "Biz hökmdarlığa ondan daha layiqik. O, kasıb və əlində heç bir mal-dövləti olmayan bir adamdır, beləsi bizə necə hökmdarlıq edə bilər?!"
Dostları ilə paylaş: |