Rəhman və Rəhim olan Allahın adı ilə


DAVUDUN  BƏZİ ÜSTÜN CƏHƏTLƏRİ VƏ KƏLAMLARI



Yüklə 3,81 Mb.
səhifə442/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   438   439   440   441   442   443   444   445   ...   532
DAVUDUN  BƏZİ ÜSTÜN CƏHƏTLƏRİ VƏ KƏLAMLARI
Davud ədalətinə, çoxlu ibadətinə və müxtəlif müti əməllərinə görə öz vaxtında örnək tutulan bir insan idi. O ailəsi ilə birlikdə gecə-gündüz vaxtaşırı ibadətlərini edirdi. Uca Allah buyurur: «Siz, ey Davud ailəsi! Şükür edin! Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!» (Səba: 13).

Hafiz İbn Əsakir Davud haqqında yazarkən çoxlu maraqlı ifadələr işlətmişdir. Onlardan aşağıdakıları qeyd etmək olar:



  • Yetim üçün rəhimli ata kimi ol. Bil ki, nə əksən onu da biçəcəksən.

  • Camaata müraciət edən axmaq adamın məsəli, meyidin başı üstündə mahnı oxuyan adamın məsəli kimidir.

  • Varlılıqdan sonra kasıbçılıq necə də pisdir! Haqq yoldan azıb zəlalətə düşmək bundan da pisdir.

  • Camaat arasında barəndə danışılmasını istəmədiyin şeyləri fikirləş və tənha olanda həmin işləri etmə.

  • Qardaşına qarşı etməyəcəyin bir işi, onun sənə qarşı edəcəyini fikirləşmə. Bu səninlə onun arasına düşmənçilik salar.

DAVUDUN  VƏFATI


Kitabin əvvəlində Adəmin yaradılışı haqqında hədislər qeyd etmişdik439. Uca Allah Adəmin belindən zürriyyətini çıxartdıqda onaların arasında peyğəmbərləri də gördü. Peyğəmbərlərin arasında isə bir nəfərin seçildiyini müşahidə etdi və dedi: "Ey Rəbbim! Bu kimdir?" O: "Bu sənin oğlun Davuddur". Adəm: "Ey Rəbbim! O neçə il yaşayacaq?" O: "Altmış il". Adəm: "Ey Rəbbim! Onun ömrünü artır". O: "Xeyr, bunu yalnız sənin ömründən götürüb edə bilərəm". Adəmin ömrü min il idi. Ondan qırx il götürüb Davudun ömrünə əlavə etdi. Adəmin ömrü başa çatanda ölüm mələyi onun canını almağa gəldi. Adəm dedi: "Mənim ömrümün başa çatmasına hələ qırx il qalıb". Adəm ömrünün qırx ilini Davuda hədiyyə etdiyini unutmuşdu.

 


 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin