Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə443/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   439   440   441   442   443   444   445   446   ...   532
DAVUDUN OĞLU

SÜLEYMAN PEYĞƏMBƏR

Uca Allah buyurur:



16. Süleyman Davuda vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!” (ən-Nəml: 16).

Onun vərəsəliyi peyğəmbərlik və hakimiyyət vərəsəliyi idi. Burada mal-dövlət vərəsəliyi nəzərdə tutulmur. Çünki Davudun Süleymandan başqa övladları da var idi. O, mal-dövləti təkcə ona verəsi deyildi. Səhih hədislər toplusunda və digər kitablarda bir çox səhabələrdən belə hədis rəvayət olunur: "Biz vərəsəlik mal-dövlət qoymuruq. Nəyimiz varsa hamısı sədəqə sayılır." Hədisin bəzi mətnlərində isə belə deyilir: "Biz peyğəmbərlər toplumu vərəsəlik mal-dövlət qoymuruq."440

Doğru danışdığına şahidlik edilən Peyğəmbər  peyğəmbərlərin digər insanlardan fərqli olaraq mal-dövlətdən miras qoymadıqlarını deyir. Onların qoyub getdikləri mal-dövlət kasıblara və möhtaclara sədəqə kimi paylanır. Onlar bu mal-dövləti yaxın qohumlarına qoyub getmirlər. Dünya malı, peyğəmbərləri seçib göndərən üçün nə qədər dəyərsizdirsə, peyğəmbərlərin gözündə də bir o qədər dəyərsizdir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   439   440   441   442   443   444   445   446   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin