Rəhman və Rəhim olan Allahın adı ilə


«Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”»



Yüklə 3,81 Mb.
səhifə445/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   441   442   443   444   445   446   447   448   ...   532
«Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”» Bu, varlıqları var edənin, göyləri və yeri Yaradanın lütfüdür. Uca Allah buyurur:

17. (Bir gün) Süleymanın cinlərdən, insan­lardan və quşlardan ibarət qoşunu top­lan­dı. Onlar cərgə-cərgə düzülüb (ni­zam­la) gedirdilər.

18. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordu­su özləri də bilmədən sizi (ayaqları altın­da) basıb əzməsinlər!”

19. (Süleyman qarışqanın) bu sözündən gü­lümsəyib dedi: “Ey Rəbbim! Mənə, özü­mə və valideynlərimə ehsan buyur­du­ğun nemətə şükür etmək, Sənin razı qala­cağın yaxşı iş görmək üçün ilham (qüv­vət) ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!” (ən-Nəml: 17-19).

Uca Allah qulu, peyğəmbəri və peyğəmbərinin oğlu Süleyman ibn Davud (hər ikisinə Allahın salamı olsun!) haqqında xəbər verir. Bir gün o insanlardan, cinlərdən və quşlardan ibarət qoşunu ilə birlikdə yola çıxmışdı. Cinlər və insanlar onunla birgə gedir, quşlar isə qanad açıb uça-uça kölgə salır, istidən onu qoruyurdular. Hər üç növ qoşunun başında nəzarətçilər dayanır, ordunun əvvəlinə və axırına nəzarət edirdilər. Beləliklə heç kəs nə dala qalmır, nə də sıradan çıxmırdı.

Uca Allah buyurur: «18. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”» Qarışqa Süleymanı və qoşununu onları görmədikləri üçün üzürlü sayıb özününkiləri xəbərdar edir.

Məqsəd budur ki, Süleyman həmin qarışqanın öz qövmünə dediyi doğru sözlərini və bəyənilən əmrini anlayıb Allahın ona məxsus etdiyi bu qabiliyyətə görə sevinc hissi keçirib gülümsədi. Bəzi kəmsavad insanlar deyirlər ki, guya Süleymandan öncə heyvanlar insanlarla danışırdı. Sonra Süleyman onların bir daha insanlarla danışmamasına dair Allahdan əhd aldı. Bu sözləri yalnız bilməyənlər deyə bilərlər. Əgər məsələ doğrudan da belə olsaydı, onda heyvanların dilini anlamaqda başqalarına nisbətən Süleyman üçün heç bir özəllik olmazdı. Əgər hamı bunu başa düşürdüsə, burada nə özəllik ola bilər! Əgər bir daha özündən başqa heç kəslə danışmamasına dair əhd alsaydı, bunun da mənası olmazdı.

Bu nemətə görə Süleyman belə deyirdi: «“Ey Rəbbim! Mənə, özümə və valideynlərimə ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!”» O özünə verilən nemətlərə və məziyyətlərə görə şükr etmək üçün Uca Allahdan yardım diləyir, yaxşı işlər görmək üçün doğru istiqamət istəyir, öldükdən sonra əməlisaleh bəndələri ilə birgə diriltməsini arzulayırdı. Uca Allah onun bütün istəklərini qəbul etdi.

Ayədə keçən "valideynlər" kəlməsi Süleymanın atası Davuda, əməlisaleh və ibadətkar anasına işarədir.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   441   442   443   444   445   446   447   448   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin