37. Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (ən-Nəml: 20-37).
Uca Allah Süleyman ilə Hüd-hüd arasında baş verənlər haqqında xəbər verir. Süleyman ilə birlikdə hər növ quş yola çıxmışdı. Onlar onun tələbinə cavab verir, qoşun adamları padşahın əmrini gözləmək üçün hazır olduqları kimi onlar da onun əmrini dinləmək üçün öz növbələrini gözləyirdilər. İbn Abbasın və başqa elm adamlarının dediyinə görə Hüd-hüdün vəzifəsi səfər zamanı suyun yerini müəyyən etmək idi. Uca Allah bu quşa yerin altında olan suyu hiss etmək qabiliyyəti vermişdir. Quş suyun yerini müəyyən etdikdən sonra onlar həmin yeri qazıyır, suyu tapıb istifadə edirdilər. Həmin gün Süleyman Hüd-hüdü çağıranda onu vəzifə başında görməyib dedi: «Hüd-hüdü (şanapipiyi, hop-hopu) niyə görmürəm? Yoxsa o burada yoxdur?» Nə üçün o, öz yerində yoxdur! Bəlkə mən onu görmürəm! «21. And olsun ki, ona şiddətli bir əzab verər,» Ona hansı əzabı verməsi haqqında təfsirçilər müxtəlif fikirlər söyləyiblər. Hər halda bu ayədə məqsəd aydın görsənir. «ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!”»
Çox çəkmədi, «22. Bir azdan (Hüd-hüd) gəlib» Süleymana dedi: «“Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm".» Məlumatın olmayan doğru bir xəbər gətirmişəm.
Dostları ilə paylaş: |