Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə452/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   448   449   450   451   452   453   454   455   ...   532
«34. (Bəlqis) dedi: "Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər".» O, öz rəşadətli ağlı ilə deyir ki, əgər bu padşah bizim məmləkəti zəbt etsə yenə də qərarı mən verəcəyəm. Sərt qərarlar və hiddət mənə qarşı olacaqdır442. «35. Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!» O özünü və əhalisini yaxşı cəhətdən göstərmək üçün hədiyyə yolladı. Amma bilmirdi ki, onlar imansız olduqları halda və Süleyman da öz qoşunu ilə onları məğlub etmək iqtidarında ola-ola onun bu bəhanələri işə yarayan deyil.

Bu səbəbdən «36. (Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz".» Təfsirçilərin dediyinə görə həmin hədiyyələr çox qiymətli əşyalarla zəngin idi. Süleyman hər kəsin önündə yanına gələn elçilərə dedi: «37. Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!”» Gətirdiyin hədiyyəni apar öz yiyəsinə qaytar. Allah mənə, sizin gətirdiklərinizdən və özünüz kimilərinin yanında fəxr etdiyinizdən qat-qat çox və daha xeyirli mal-dövlət və köməkçilər vermişdir. «And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib» Onların üzərinə qarşısını ala bilməyəcəkləri və gücləri çatmayacaq bir qoşun göndərəcəyəm. Onları çox aşağı səviyyədə öz diyarlarından və dövlətlərindən çıxardacağam. «onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!»

Allahın peyğəmbərinin bu xəbəri onlara çatanda onların eşidib itaət etməkdən başqa çarələri qalmamışdı. Elə həmin anda onun tələbini qəbul edib itaət etdilər. Əyan-əşrəf kraliça ilə birlikdə onun hüzuruna gəldilər.

Süleyman onların gəlişini eşidəndə itaətində olan cinlərə Uca Allahın Qurani-Kərimdə bizə hekayə etdiklərini dedi:




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin