Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə466/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   462   463   464   465   466   467   468   469   ...   532
6. (Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək gös­tərdik və sayca sizi daha çox etdik.

7. Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsa­dı­nızın (cəza) vaxtı gəldikdə üzünüzü qa­ra (sizi xəcil) etmək, məscidə (Məs­ci­dül-əqsaya) birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büs­­bütün məhv etmək üçün üstünüzə (düş­mənlərinizi) göndərdik.

8. (Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıt­sa­nız, Biz də (sizi yenidən cəzalan­dırma­ğa) qayıdarıq. Biz Cəhənnəmi kafir­lər­dən ötrü bir zindan etdik. (əl-İsra: 2-8).


 

 

DƏNYAL PEYĞƏMBƏR

b u-l-Aliyə deyir ki, biz Tustər şəhərini fəth edəndə Hurmuzanın464 evində çarpayının üzərində uzanmış kişi meyiti gördük. Onun baş tərəfində bir kitab var idi. Biz kitabı götürüb Ömər ibn əl-Xəttaba  göndərdik. Ömər  Kəəb adlı səhabəni  çağırıb onu ərəbcəyə tərcümə etdirdi. O kitabı ərəbcə oxuyan ilk ərəb mən idim. Mən o kitabı da bu Quranı oxuduğum kimi oxudum. Rəvayətçi deyir ki, mən Əbu-l-Aliyədən: orada nə haqqında yazılmışdı? – deyə soruşdum. O dedi: "Orada gələcəkdə baş verəcək hadisələr haqqında yazılmışdı". Mən: "Bəs o kişinin meyitini nə etdiniz?" – deyə soruşdum. O dedi: "Biz gündüz vaxtı bir-birindən ayrı on üç ədəd qəbir qazıdıq. Gecə düşəndə insanlar onun hansı qəbirdə basdırıldığını bilməsinlər deyə, onu qəbirlərin birində dəfn edib digərlərini də doldurduq. Əgər yerini bilsəydilər onu yenidən qəbirdən çıxara bilərdilər". Mən: "Ondan nə diləyirdilər?" – deyə soruşdum. O dedi: "Bir müddət yağış yağmadıqda onu çarpayının üstündə çölə çıxarırdılar və yağış yağırdı". Mən: "O, adamın kim olduğunu güman edirdiniz?" – deyə soruşdum. O dedi: "O, Dənyal adlı bir kişi idi". Mən: "Onun neçə il öncə öldüyü ehtimal olunurdu?" – deyə soruşdum. O dedi: "Üç yüz il olardı". Mən: "Onun bədəni heç çürümüşdü?" – deyə sual verdim. O dedi: "Xeyr, təkcə başından bir az tük qopmuşdu". Həqiqətən peyğəmbərlərin cəsədini nə torpaq çürütmür, nə də vəhşi heyvanlar yemir.



Əbu-l-Aliyəyə nisbət edilən bu sənəd səhihdir. Əgər onun vəfatı rəvayətdə deyildiyi kimi üç yüz il öncə olmuşdusa o, peyğəmbər deyil, əməlisaleh insanlardan olub. Çünki Buxaridə465 rəvayət olunan hədisə əsasən deyə bilərik ki, İsa ilə Muhəmməd  arasında peyğəmbər olmayıb. Onların ikisinin arasında isə dörd yüz, digər rəvayətə görə altı yüz, yaxud altı yüz iyirmi il müddət olmuşdu. Bu əsasla demək olar ki, həmin kişinin vəfatı səkkiz yüz il öncə olmuşdu. Belə olsa bu Dənyal peyğəmbərin vaxtına yaxın olmuş olur. Təbii ki, bunları həmin adamın Dənyal olduğu halda deyirik. Ola bilər o başqa adamdır. Ya hansısa peyğəmbər, ya da əməlisaleh insandır. Amma onun Dənyal olması ehtimalını gücləndirən səbəb var. Belə ki, farsların hökmdarı Dənyalı özü ilə aparmış və orada onu həbsdə saxlamışdı.

Əbu-l-Aliyəyə istinad edilən səhih sənədli rəvayətdə onun burnunun bir qarış olduğu deyilir. Ənəs ibn Malikə  yaxşı sənədlə istinad edilən rəvayətdə isə onun burnunun bir dirsək olduğu deyilir. Bu vəsflər onun çox qədimdə yaşayan peyğəmbərlərdən olduğuna nişanə ola bilər. Daha doğrusunu Allah bilir.

İbn Əbu-d-Dünya, Əbdürrəhman ibn Əbu-z-Zinaddan, o da atasından rəvayət edir ki, "mən Əbu Musa əl-Əşarinin oğlu Əbu Burdənin əlində bir üzük gördüm. Onun üzərindəki naxışda bir kişi və yanına onu yalayan iki şir həkk olunmuşdu. Əbu Burdə deyirdi ki, bu üzük buranın əhalisinin Dənyal olduğunu iddia etdikləri həmin o ölən adamın üzüyüdür. Əbu Musa əl-Əşari  bu üzüyü onu dəfn edən gün götürmüşdü".

Əbu Burdə deyir: "Əbu Musa əl-Əşari  həmin yerin alimlərindən üzüyün üzərindəki naxışlar barədə soruşduqda onlar dedilər: "Münəccimlər və elm sahibləri Dənyalın vaxtında hökmranlıq edən padşahın yanına gəlib deyirlər: "Filan gecə sənin mülkünü dağıdacaq və viran qoyacaq bir uşaq dünyaya gələcəkdir". Padşah dedi: "Allaha and olsun! Həmin gecə dünyaya gələn hər bir uşağı qətlə yetirəcəyəm". Onlar Dənyalı öldürmək üçün onu şirin qarşısına atdılar. Amma orada olan dişi və erkək şir uşağa heç bir xətər verməyib bütün gecəni onu yaladılar. Anası uşağın dalınca gələndə şirlərin onu yaladıqlarını gördü. Beləliklə Uca Allah onu xilas edib vəzifəsinə çatdırdı".

Əbu Burdə deyir ki, Əbu Musa əl-Əşari  belə deyirdi: "Həmin yerin alimləri deyirdilər ki, Dənyal Uca Allahın bu lütfkarlığını unutmasın deyə həm özünün, həm də onu yalayan şirlərin təsvirini üzüyünün üzərinə həkk etdirmişdi".

Rəvayətin sənədi həsəndir.

BEYTÜLMÜQƏDDƏSİN BƏRPASI PARÇALANMIŞ VƏ YER ÜZÜNƏ SƏPƏLƏNMİŞ İSRAİL OĞULLARININ BİRLƏŞMƏSİ


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   462   463   464   465   466   467   468   469   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin