1. Kəf, Hə, Yə, Ayn, Sad!
2. (Ey Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyəyə olan mərhəmətinin xatırlanmasıdır!
3. (Zəkəriyyə) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
4. belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
5. Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki,
Dostları ilə paylaş: |