Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə472/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   468   469   470   471   472   473   474   475   ...   532
89. (Ey Rəsulum!) Zəkəriyyəni də (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varis­lərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yal­va­rıb Rəbbinə dua etmişdi.

90. Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gə­tir­dik. Onlar xeyirli işlər görməyə tələ­sər (yaxşı əməllər etməkdə bir-birini öt­mə­yə çalışar), ümid və qorxu ilə (rəhmə­timizə ümid bəsləyib əzabımızdan qor­xa­raq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. (əl-Ənbiya: 89-90).

Başqa ayədə isə belə deyilir:



85. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi. (əl-Ənam: 85).

Uca Allah Peyğəmbəri Muhəmmədə  insanlara Zəkəriyyənin başına gələnləri çatdırmağı əmr edir. O qocalıb əldən düşəndə ona övlad bəxş etmişdi. Arvadı isə cavanlığından bəri qısır olduğu halda, yaşlı vaxtında hamilə qalmışdı. Uca Allah ona görə belə etmişdi ki, heç kəs Allahın lütfündən və mərhəmətindən ümidini üzməsin.

Uca Allah buyurur: «2. (Ey Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyəyə olan mərhəmətinin xatırlanmasıdır! 3. (Zəkəriyyə) Rəbbinə gizlicə dua edib yalvardığı zaman» (Məryəm: 2-3). Qatadə bu ayələri açıqlayıb demişdir: "Uca Allah təmiz qəlbi bilən, gizli səsi eşidəndir"470. Bəzi sələflər deyirlər: "O, gecənin bir vaxtı oyanıb ətrafındakıların onu eşidəcəyindən ehtiyat edərək dua edib: "Ey Rəbbim! Ey Rəbbim! Ey Rəbbim!" – deyə Rəbbinə müraciət etdi. Uca Allah isə üç dəfə: "İstəyini qəbul edərəm!" – deyə cavab verdi. O dedi: «“Ey Rəbbim! Artıq» qocalıq səbəbi ilə «sümüyüm sustalmış, başım ağappaq ağarmışdır...»

Deyilənə görə onun qocalığı həm zahirən, həm də daxilən açıq-aşkar hiss olunurdu. Ona görə Zəkəriyyə belə demişdi: «“Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır...»




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin