Rəhman və Rəhim olan Allahın adı ilə


Birinci: Uca Allahın bu ayəsinə əsasən: «Süleyman Davuda vərəsə oldu...»



Yüklə 3,81 Mb.
səhifə474/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   470   471   472   473   474   475   476   477   ...   532
Birinci: Uca Allahın bu ayəsinə əsasən: «Süleyman Davuda vərəsə oldu...» (ən-Nəml: 16). Yəni peyğəmbərlikdə və mülkdə varis oldu. Alimlərin yekdilliklə səhih olaraq qəbul etdikləri hədisdə Peyğəmbərin  belə dediyi rəvayət olunur: "Biz vərəsəlik mal-dövlət qoymuruq. Nəyimiz varsa hamısı sədəqə sayılır."471

Bu hədis səhih, musnəd və sunən kitablarında bir çox səhabələrdən rəvayət olunur.

Hədis Peyğəmbərin  mirasının vərəsələrə bölünməməsinə dair açıq sübutdur. Ona görə Əbu Bəkr əs-Siddiq  Peyğəmbərin  qoyub getdiyi mal-dövlətin vərəsələrə paylanmasına icazə vermədi. Əgər bu aydın sübut olmasaydı onun mal-dövlətini qızı Fatiməyə , doqquz arvadına (Allah onlardan razı olsun!) və Əmisi Abbasa  verərdi. Əbu Bəkr əs-Siddiq  mirası onlara nə üçün vermədiyini qeyd etdiyimiz hədislə əsaslandırdı. Eyni hədisi onunla yanaşı bir çox səhabələr də Peyğəmbərdən  rəvayət ediblər. Onlardan Ömər ibn əl-Xəttabı, Osman ibn Əffanı, Əli ibn Əbu Talibi, Abbas ibn Əbdülmüttalibi, Abdurrahmən ibn Auvfu, Talhanı, Zubeyri, Əbu Hureyrəni və digər səhabələri (Allah onlardan razı olsun!) misal çəkmək olar.

İkinci: Tirmizi eyni hədisi bütün peyğəmbərlərə şamil edilən mətnlə rəvayət etmiş və onun səhih olduğunu demişdir. "Biz peyğəmbərlər toplumu vərəsəlik mal-dövlət qoymuruq..."

Üçüncü: Peyğəmbərin gözündə dünya malı o qədər dəyərsiz idi ki, onlar onu nə xəzinədə toplamaz, nə də ona çox diqqət ayırmazdılar. O ki qaldı özlərindən sonra övladlarına mal-dövləti qorumağı tövsiyə etsinlər?! Heç onların dərəcəsinə yaxın düşə bilməyən zahid insanlar belə özlərinə varis axtarmazlar.

Dördüncü: Zəkəriyyə dülgər idi və o da Davud kimi öz əlinin zəhməti ilə qazandığını yeyirdi. Adətən insanlar, ələlxüsus peyğəmbərlər özlərindən sonra mal-dövlət saxlamaq məqsədi ilə işləmək üçün dəridən-qabıqdan çıxmırlar. Düşünən və dərk edən insan üçün bu çox aydındır.

İmam Əhməd Əbu Hureyrədən  rəvayət edir ki, Peyğəmbər  demişdir: "Zəkəriyyə dülgər idi".472




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   470   471   472   473   474   475   476   477   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin