Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə476/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   472   473   474   475   476   477   478   479   ...   532
«72. (İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!” 73. (Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!”» (Hud: 72-73).

Zəkəriyyəyə də belə cavab verilmişdi. Rəbbinin əmri ilə ona vəhy edən mələk dedi: «”Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!”» (Məryəm: 9). Bu iş Allah üçün çox asandır. Sən heç bir şey deyilkən səni yaratdısa, indi sənin qoca vaxtında səndən bir uşaq yarada bilməyəcək?!

Uca Allah buyurur: «90. Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.» (əl-Ənbiya: 90). Ayədəki «zövcəsini (doğmağa) qabil bir hala gətirdik...» cümləsinin mənası belədir: Aybaşı olmurdusa, oldu.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin