«10. (Zəkəriyyə) dedi “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!”» (Məryəm: 10). Yoldaşımın hamilə qalması barədə mənə bir əlamət ver. «...(Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün və üç gecə adamlarla danışa bilməyəcəksən!”» (Məryəm: 10). Bunun əlaməti belədir ki, sən özünün ixtiyarın olmadan üç gün və üç gecə dil ilə danışa bilməyəcəksən. Yalnız işarə ilə danışacaqsan. Bu hadisə baş verdikdə səndə heç bir qüsur olan deyil. Rəbbi ona bu halda qəlbi ilə çoxlu zikr etməsini, gecə-gündüz Onu düşünməsini də əmr etdi.
Zəkəriyyəyə bu müjdəli xəbər verildikdə mehrabından çıxıb sevincək halda camaatın yanına gəldi. «11. Sonra (Zəkəriyyə) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)”» (Məryəm: 11).
Sonra Uca Allah buyurur: «12. (Yəhya dünyaya gəldikdən sonra ona dedik:) “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.» (Məryəm: 12). Uca Allah ilahi müjdəyə müvafiq olaraq Zəkəriyyəyə övlad bəxş edildiyini xatırladır. Uca Allah o uşağa hələ körpə vaxtlarında kitabı və hikməti öyrətmişdi.
Dostları ilə paylaş: |