YƏHYANIN BƏZİ ÜSTÜN CƏHƏTLƏRİ
İmam Əhməd əl-Haris əl-Əşaridən Peyğəmbərin belə dediyini rəvayət edir: "Uca Allah Zəkəriyyə oğlu Yəhyaya beş əmr verdi. O, özü bu əmrlərə əməl etməli, İsrail oğullarına da bu əmrlərə riayət etməyi əmr etməli idi. O, bu işi görməkdə tələsmirdi. İsa ona dedi: "Sənə beş əmr verilmişdir. Onlara həm özün əməl etməli, həm də İsrail oğullarına əmr etməlisən. Bunları ya sən özün, ya da mən onlara çatdırım!" Yəhya dedi: Ey qardaşım! Əgər sən məndən öncə bunları onlara çatdırsan, mən əzaba düçar olacağımdan, yaxud məhv ediləcəyimdən qorxuram"."
Peyğəmbər daha sonra dedi: "Yəhya İsrail oğullarını Beytülmüqəddəsə topladı. Məscid adam ilə dolmuşdu. Yəhya hündür yerdə əyləşib Allaha həmd-səna edib dedi: "Allah mənə beş əmr göndərmişdir. Mənə bu əmrlərə əməl etmək və sizə də əmr etmək tapşırığı verildi. Həmin əmrlər bunlardır:
Birincisi, heç bir şərik götürmədən Allaha ibadət edəcəksiniz. Bunun məsəli, halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan adamın timsalındadır. Köləsi işləyib qazandığı gəliri ağasına deyil, başqasına verir. Sizin hansınız öz köləsinin belə etməsini xoşlayar?! Allah da sizi yaradıb və sizə ruzi verib. Siz də ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın.
Dostları ilə paylaş: |