UCA ALLAHIN MƏRYƏMİ SEÇMƏSİ 42. (Ey Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin qadınlarından üstün tutmuşdur.
43. Ey Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”
44. (Ey Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.
45. Mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı Uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.