50. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!
51. Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol! (Ali İmran: 42-51).
Uca Allah mələklərin Məryəmə müjdə verməsi haqqında xəbər verir. Belə ki, Uca Allah onu öz vaxtının qadınlarından üstün edib, atasız övlad dünyaya gətirməsi üçün seçdi. Dünyaya gətirəcəyi övladının şərəfli peyğəmbər olacağına dair müjdə də verdi. «46. O, beşikdə ikən insanlarla danışacaq...» Körpə vaxtlarında danışacaq və insanları tək Allaha ibadət edib Ona şərik qoşmamağa çağıracaqdır. Yaşa dolanda da eyni dəvəti edəcəkdir. Bu, onun yaşa dolub Allahın yoluna dəvət etdiyini bildirir. Məryəmə çoxlu ibadət, dua, səcdə və rüku etmək əmri verilmişdi ki, bu kəramətə layiq görülsün və bu nemətin şükrünü əda etsin. Deyilənə görə o ayaqları şişənə qədər namaz qılardı. Allah ondan, ata və anasından razı qalmış və onlara rəhmət etmişdir.
Dostları ilə paylaş: |