Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə494/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   490   491   492   493   494   495   496   497   ...   532
89. (Ey Rəsulum!) Zəkəriyyəni də (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varis­lə­rin ən yaxşısısan!” – deyə yalvarıb Rəb­­binə dua etmişdi.

90. Biz (Zəkəriyyənin) duasını qəbul bu­yurduq, ona Yəhyanı bəxş etdik və zöv­cə­sini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yax­şı əməllər etməkdə bir-birini ötməyə ça­lı­şar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bi­zə ibadət edirdilər. Onlar Bizə müti idi­lər.

91. (Ey Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruh­dan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləm­lərə bir möcüzə etdik. (əl-Ənbiya: 89-91).

Biz yuxarıda demişdik ki, Məryəm dünyaya gələndə anası onu Beytülmüqəddəsə xidmətçi olaraq təqdim etdi və o zamanın peyğəmbəri, bacısının əri Zəkəriyyə də onu öz himayəsinə götürdü. Zəkəriyyə məscidin ən şərəfli guşəsində Məryəm üçün örtülü yer düzəltdi. Zəkəriyyədən başqa heç kəs oraya Məryəmin yanına daxil olmurdu. O, yetginlik yaşına çatanda vaxtaşırı ibadət etməyə başladı. O zaman ibadət etməkdə onun kimisi yox idi. O qədər üstünlüklərə sahib oldu ki, hətta Zəkəriyyə ona qibtə etdi. Mələklər onunla danışıb seçilmiş olduğunu bildirdilər. Ona dərrakəli övlad bəxş ediləcəyini və övladının möcüzələr göstərən hörmətli peyğəmbər olacağını dedilər. Məryəm atasız uşağın necə olacağından təəccüblənirdi. Çünki onun nə əri var idi, nə də o ərə gedəsi qadınlardan deyildi. Mələklər onun bu təəccübünə "Allah qərara aldığı hər şeyi "Ol!" deyib dərhal yaratmağa qadirdir!" – sözləri ilə cavab verdilər. Bunu eşidən Məryəm sakitləşib Rəbbinə itaət etdi, işini Allaha tapşırdı. Çünki o bu işdə böyük bir sınağın olduğunu dərk edirdi. Ona görə də insanlar bu işin həqiqətini dərk etmədikləri üçün, düşünmədən və dərk etmədən işin görünən üzünə əsasən ona böhtan atacaqlar.

O yalnız aylıq xəstəliyində, yaxud başqa zəruri ehtiyaclar – su və qida lazım olduqda məsciddən çıxırdı. Bir gün yenə bu məqsədlə məsciddən çıxıb əl-Əqsa məscidinin şərq tərəfində tənha olduqda Uca Allah Cəbrail Ruhu göndərdi və «o, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.» (Məryəm: 17).

Məryəm onu görüb dedi: «"Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".» (Məryəm: 18). Əbu-l-Aliyə deyir: Məryəm bilirdi ki, müttəqi insan özünü qoruyur. Bu, "Müttəqi, İsrail oğullarında çirkin işlərlə məşğul olan məşhur fasiq bir kişinin adıdır" – deyənlərin fikrini inkar edir. Onların əsassız söylədikləri bu fikrin batil olması barədə heç bir şübhə yoxdur. Bu fikir, deyilən ən alçaq fikirlərdən biridir".




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   490   491   492   493   494   495   496   497   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin