«O dedi: "Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!"» (Məryəm: 23). Ayədən belə başa düşülür ki, fitnə zamanı ölüm arzulamaq olar. Məryəm bilirdi ki, bir gün o qucağında uşaq ilə camaat arasına çıxanda, insanlar onu ittiham edəcək, ona inanmayacaq və yalançı hesab edəcəklər. Məryəm abidliyinə, daim məsciddə olub oradan kənara çıxmamağına, peyğəmbər övladı və dindar ailə üzvü olmasına baxmayaraq yenə də fikir çəkir və qarşılaşacağı günü görməmək üçün ölməyi, əsla yaradılmamağı arzulayırdı.
«24. Dərhal altında olandan ona belə bir nida gəldi...», başqa qiraətdə isə belə deyilir: «24. Dərhal alt tərəfindən ona belə bir nida gəldi...»510
Ayədəki şəxs əvəzliyinin kimə aid edilməsi haqqında iki fikir vardır:
Birinci fikrə görə bu Cəbrailə aiddir. Bu fikri Ovfi İbn Abbasdan511 rəvayət etmişdir. O demişdir: "İsa yalnız camaatın önünə çıxanda danışmışdı". Amr ibn Məymun512, Dəhhak513, Suddi514, Qatadə515, Mucahid516, Həsən517, İbn Zeyd518 və Səid ibn Cubeyr519 eyni fikri söyləyiblər.
İkinci fikrə görə bu onun oğlu İsaya aiddir. İbn Cərir ət-Təbəri520 bu fikri daha doğru hesab etmişdir.
Dostları ilə paylaş: |